BAŞSAĞLIĞI
Rusiyanın tanınmış ictimai-siyasi xadimi və iqtisadçı alimi Yeqor Qaydar
qəflətən vəfat edib. Yeqor Qaydar 90-cı illər Rusiya demokratlar nəslinin ən
tanınmış nümayəndələrindən biri olub. O, istər demokratik hərəkatda iştirak
etdiyi vaxtlarda, istərsə də Rusiya Baş Nazirinin səlahiyyətlərini icra etdiyi
dövrlərdə ölkənin demokratikləşməsi, köklü siyasi və iqtisadi islahatların
həyata keçirilməsi sahəsində mühüm işlər görüb. O, Rusiya hakimiyyəti
dairələrində keçmiş sovet respublikaları ilə bərabər hüquqlu iqtisadı
münasibətlərin qurulmasının çox az saylı tərəfdarlarından biri idi.
Biz, bu ağır itki münasibəti ilə Y. Qaydarın ailəsinə, yaxünlarına və Rusiyanın
demokratik ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
İsa Qəmbər və Müsavat Partiyasının Divanı
isagambar.az, 16 dekabr 2009-cu il, Bakı