ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Ceyk Consla görüş keçirib. Görüşdə iqtidarın gənclərə qarşı təzyiqləri, o cümlədən QHT sektorunun nümayəndələri Adnan Hacızadə və Emin Millinin həbsi ilə əlaqədar yaranmış vəziyyət müzakirə edilib.

Görüşdə həmçinin qarşıdan gələn bələdiyyə seçkiləri və Amerika Respublikaçılar İnstitutu ilə Müsavat Partiyası arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iştirak edib.

isagambar.az, 17 iyul 2009-cu il, Bakı