Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.

Toplantıda Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi, ölkədə sosial-iqtisadi vəziyyət və vətəndaşların mülkiyyət hüquqularının pozulması, söz azadlığı məsələləri və gənc bloggerlərin istintaqındakı qanunsuzluq faktları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Seçki Məcəlləsinə və Bələdiyyələr haqqında Qanuna dəyişikliklər və əlavələrlə bağlı təkliflərin hazırlanması məqsədilə Vətəndaş Hərəkatı nəzdində yaradılmış işçi qrupu haqqında məlumat verilib və Müsavat Partiyasını həmin qurumda Gülağa Aslanlının təmsil etməsi qərara alınıb.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 17 avqust 2009-cu il, Bakı