18 MART 2009-cu İL TARİXLİ REFERENDUM
“Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” referendum üzrə təşviqat qrupları

PRESS-RELİZ № 1

Saat 09:00

17 saylı Yasamal üçüncü seçki dairəsinin 29 və 30 saylı seçki məntəqələrində seçki bülletenləri müşahidəçilərin müşahidəsi altında sayılmayıb, bunu tələb edən müşahidəçi Murad Kərimov məntəqə komissiyası sədri tərəfindən növbəti belə cəhddən sonra məntəqədən qovulacağı ilə hədələnib.
***
118 saylı Ağdam şəhər seçki dairəsinin 44 saylı seçki məntəqəsində seçki bülletenlərinin saat 700-dək sayıldığı bildirilib, müşahidəçilərin müşahidəsi altında sayılmayıb.
***
23 saylı Nəsimi-Səbail Seçki dairəsinin 4 və 5 saylı seçki məntəqəsində müşahidəçilərə prosesləri müşahidə etmək üçün imkan yaradılmayıb, müşahidəçilərdən onlar üçün seçki komissiyasından və seçki qutusundan xeyli aralıda yerləşdirilən yerlərdə oturmaları tələb olunur. Qanuna əməl olunmasını tələb edən müşahidəçilər dairə seçki komissiyasının adını bildirməkdən imtina edən nümayəndəsi tərəfindən məntəqədən qovulacaqları ilə hədələnib.
***
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 35 saylı seçki məntəqəsində seçki komissiyasının sədri Sabir İsmayılov müşahidəçiləri məntəqəyə buraxmayıb.
***
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 36 saylı seçki məntəqəsində seçki komissiyasının sədri Araz Əliyev MSK-dan vəsiqə almış respulika üzrə müşahidəçi statuslu müşahidəçiyə məntəqədə yalnız 10 dəqiqə qalmasına icazə olduğunu bildirərək, onu seçki məntəqəsindən çıxarıb.
***
42 saylı Sumqayıt ikinci seçki dairəsinin 27 saylı seçki məntəqəsində seçki bülletenləri səsvermə otağından kənarda saxlanılıb.
***
64 saylı Sabirabad ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsinin yerləşdiyi binada müxalifətdən olan təşviqat qruplarının təşviqat materialları istisna olmaqla, digər təşviqat qruplarına məxsus olan təşviqat materialları saxlanılıb.
***
82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı seçki məntəqəsində seçicilərin seçki bülletenlərini dəstə şəklində seçki qutularına saldığı müşahidə edilib. Rayon maliyyə idarəsinin Xosrov adlı işçisi və onun Yaqub adlı köməkçisi, Su-artezian idarəsinin mühasibi Tofiq, Büdcə təşkilatlarına nəzarət idarəsinin Elbrus adlı işçisi seçki məntəqəsinin daxilin bu qanunsuzluğun həyata keçirilməsinə rəhbərlik edirlər. Seçii komissiyasının üzvləri və onların qohumları da bu prosesdə fəal iştirak edir.


PRESS-RELİZ № 2
Saat 09:40

33 saylı Xətai birinci seçki dairəsinin ərazisində “Qaz-24” markalı “10-HE-355” dövlət nömrə-nişanlı və “Qaz-31” markalı “10-JO-486” dövlət nömrə-nişanlı avtomobillərdə hər birində 5 nəfər olmaqla 10 nəfərdən ibarət dəstə bu dairənin 16 və 17 saylı seçki məntəqələrində səs verdikdən sonra digər məntəqələrə aparıldı.
***
41 saylı Sumqayıt birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində müşahidəçinin əldə etdiyi məlumata görə, dünən axşam saat 0130-dək seçki komissiyasının üzvləri 500-dən artıq seçki bülleteninin bütün maddələrində “hə” cavabını işarələyərək hazır saxlayıblar.
***
67 saylı Cəlilabad seçki dairəsinin 6 saylı seçki məntəqəsinə seçicilər “PAZ” markalı “10-AZ- 157” dövlət nömrə-nişanlı avtobusla daşınır.
***
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 29 saylı seçki məntəqəsində seçici siyahısındakı seçicilərin sayı 1552 nəfər göstərilib ki, bu da Seçki Məcəlləsinin 35.3.1 maddəsinə ziddir.
***
71 saylı Masallı kənd seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçicilərə dəstə şəklində seçki bülletenləri verilməsini aktlaşdıran müşahidəçi saat 0920-də seçki məntəqəsindən kənarlaşdırılıb.
***
16 saylı Yasamal ikinci seçki dairəsinin Bakı Dövlət Universitetində yerləşən 11 saylı seçki məntəqəsində tələbələrdən ibarət dəstə qeydiyyatdançıxma vəsiqəsi adı altında standarta uyğun olmayan saxta sənədlə təkrar-təkrar səsverməyə cəlb edilir.
***
84 saylı Füzuli seçki dairəsinin 64 saylı seçki məntəqəsində məktəb müəllimləri seçki prosesinə cəlb olunub, onların hər birinə bir neçə seçki bülletenləri verilir.
***
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrində müşahidə aparan müşahidəçinin məlumatına görə, 7 saylı məntəqədə səsverməyə 7 nəfər qatıldığı halda, 8 saylı məntəqədə seçki qutusuna 50-dən artıq seçki bülleteni atılıb.
***
25 saylı Nizami ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçki komissiyasının sədri Qasımov Binnət Əvəz oğlu bir seçiciyə 5-6 seçki bülleteni təqdim edir. 0930-a kimi seçkidə 10 nəfər iştirak etsə də, artıq iki seçki qutusu seçki bülletenləri ilə doldurulub.


PRESS-RELİZ № 3
Saat 10:05

61 saylı Neftçala seçki dairəsinin 2 saylı seçki məntəqəsində 15 nəfər seçkiyə gəlməsinə baxmayaraq, saat 1000-a 4 seçki qutusu artıq seçki bülletenləri ilə doldurulub.
***
29 saylı Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində 162 saylı məktəbin direktoru məntəqənin qapısı ağzında duraraq, səsverməyə gələnlərə hansı maddələrə səs vermək barədə təlimat verir. Məntəqədə şəxsiyyət vəsiqəsi olmayanlara seçki bülletenləri verilir, məktəbin xadimələri və müəllimləri fəallıq göstərirlər. Saat 0930-dək 60 nəfərin səs verməsinə baxmayaraq, seçki qutularına xeyli sayda seçii bülleteni atılıb.
***
11 saylı Qaradağ seçki dairəsinin Qobustan qəsəbəsində yerləşən 7, 8, 9, 10 və 11 saylı seçki məntəqələrində idarə rəhbərlərinin göstərişi ilə müəssisələrdən işçilər məntəqələrə daşınır, barmaqlarına məhlul vurulmur, bir nəfərə 3-4 bülleten verilir.
***
9 saylı Binəqədi ikinci seçki dairəsinin 27, 28, 29 və 30 saylı seçki məntəqələrində 20-dən artıq qadının növbə ilə qeyd edilən məntəqələrdə təkrarən səs verməsinə şərait yaradılır.
***
34 saylı Xətai ikinci seçki dairəsinin 31, 32 və 33 saylı seçki məntəqələrində hər bir seçiciyə bir neçə bülleten verilir.
***
35 saylı Xətai üçüncü seçki dairəsinin 3 saylı seçki məntəqəsində şəxsiyyət vəsiqəsini təqdim etməyən seçicilərə də seçki bülleteni verilir.
***
16 saylı Yasamal ikinci seçki dairəsinin 25 saylı seçki məntəqəsində Mədəniyyət və İncəsənət Universitetinin 100-dən artıq tələbəsinə auditoriyalarda bildiriş verilməklə, onlara səsvermədə iştirak üçün bülletenlər verilib.
***
48 saylı Yevlax seçki dairəsinin ərazisində seçiciləri avtobusla məntəqədən məntəqəyə apararaq, onların bir neçə seçki məntəqəsində səs verməsinə şərait yaradılır.
***
81 saylı Beyləqan seçki dairəsinin 3 saylı seçki məntəqəsində bir seçiciyə əlində olan 10-a qədər şəxsiyyət vəsiqəsi sayılaraq ona həmin sayda seçki bülleteni verilib.
***
2 saylı Şərur seçki dairəsinin seçki məntəqələrində seçkilərdə iştirak edən hər seçiciyə 5-7 seçki bülleteni verilir.


PRESS-RELİZ № 4
Saat 10:45

34 saylı Xətai ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində seçicilərin hər birinə 5-10 ədəd seçki bülleteni verilir. Saat 1000-a qədər seçki məntəqəsinə 30 seçici gəldiyi halda məntəqə seçki komissiyasının sədri dairə seçki komissiyasına 152 seçicinin səs verməsi haqqında məlumat verib. Məntəqədə veb-kamera quraşdırılıb, bunu bilən öyrədilmiş adamlar seçki qutusuna çoxlu seçki bülleteni salarkən arxalarını veb-kameraya tərəf tuturlar.
***
44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 7 saylı seçki məntəqəsində bir seçiciyə bir neçə seçki bülleteni verilməsi müşahidəçilər tərəfindən aktlaşdırılıb.
***
42 saylı Sumqayıt ikinci seçki dairəsinin 3, 4 və 5 saylı seçki məntəqələri eyni binada yerləşir. Bu məntəqələrin birində səs verən seçici digər iki seçki məntəqəsində də qeyri-qanuni olaraq səsverməyə cəlb edilir.
***
18 saylı Nərimanov-Nizami ikinci seçki dairəsinin 17 və 18 saylı seçki məntəqələrində 24 saylı Nizami birinci və 20 saylı Nərimanov ikinci seçki dairələrində qeydiyyatda olan seçicilər səs verirlər.
***
57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı seçki məntəqəsində hər bir seçiciyə bir neçə bülleten verilir.
***
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 45 saylı seçki məntəqəsində seçki komissiyasının üzvləri və kənar şəxslər seçki bülletenlərini özləri işarələyir və seçki qutusuna salırlar.
***
16 saylı Yasamal ikinci seçki dairəsinin 19 saylı seçki məntəqəsində saat 0810-da məntəqə seçki komissiyasının sədri şəxsən özü seçki qutusuna 10 seçki bülleteni atıb. Eyni hal seçki dairəsinin 2 saylı seçki məntəqəsində saat 1030-da qeydə alınıb.
***
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsinin 60 saylı seçki məntəqəsində YAP-dan müşahidəçi İsgəndərov Ramiz İsgəndər oğlu məntəqə seçki komissiyasının sədrinin gözü qarşısında 30 seçki bülletenini seçki qutusuna topa şəklində salıb.
***
30 saylı Suraxanı birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində saat 0930-dək səsverməyə cəlb edilən şəxslərin yalnız 6 nəfəri bu məntəqənin ərazisində qeydiyyatda olan seçici, qalan 55 nəfər isə Əhmədli qəsəbəsində qeydiyyatda olan şəxslər olub.


PRESS-RELİZ № 5
Saat 11:10

8 saylı Binəqədi birinci seçki dairəsinin 26 saylı seçki məntəqəsində Milli Məclisin üzvləri Madər Musayev və Eldar İbrahimov “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Tofiq Yaqubluya qarşı zor tətbiq edərək, onu seçki məntəqəsindən çıxarmağa cəhd göstəriblər. Prosesə deputatlar tərəfindən polis nəfərləri də cəlb olunub.
***
67 saylı Cəlilabad seçki dairəsinin 3 saylı seçki məntəqəsində 7 saylı orta məktəbin tədris işləri üzrə direktor müavini Xəlil Məmmədov seçki qutusuna 7 seçki bülleteni atarkən “Respublikaçılar” təşviqat qrupundan olan vəkil Azər Əsgərov və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupundan olan müşahidəçi Fərəc Bayramov tərəfindən yaxalanıb.
***
16 saylı Yasamal ikinci seçki dairəsinin 19 saylı seçki məntəqəsində Milli Məclisin deputatı Rəbiyyət Aslanova həmin məntəqə ərazisində qeydiyyatda olmayan şəxsləri özü ilə gətirərək, onların səsverməsini təşkil edir.
***
Bakı şəhərinin bəzi rayonlarında orta məktəb müəllimlərinə hər iki saatdan bir seçki məntəqələrinə gələrək təkrarən səs vermələri tapşırılıb.
***
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində saat 1030-dək səsvermədə yalnız hərbçilər iştirak etsə də, dairə seçki komissiyasına məlumat verilərkən çoxsaylı mülki şəxslərin də seçkilərdə iştirak etdiyi bildirilib.
***
41 saylı Sumqayıt birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupundan olan vəkil Rövşən Əliyevin verdiyi məlumata görə, həmin məntəqədə məntəqənin ərazisində yaşamayan şəxslərin səs verməsinə etiraz etdiyi üçün onu seçki məntəqəsindən kənarlaşdırmağa cəhd ediblər.
***
47 saylı Mingəçevir seçki dairəsinin seçki məntəqələrində olan müşahidəçilərin məlumatına görə, bütün dairənin ərazisində saat 1030-dək yalnız 200 nəfərədək seçici səsvermədə iştirak etsə də, MSK-ya artıq 30 faizədək seçicinin seçkidə iştirak etdiyi barədə məlumat verilib. Həmin seçki dairəsi ərazisində olan Yeni Həyat qəsəbəsində yaşayan məcburi köçkünlər onları avtobuslarla seçki məntəqələrinə aparmağa cəhd göstərən icra hakimiyyəti strukturları əməkdaşlarının təkliflərini rədd ediblər.
***
17 saylı Uşaq poliklinikasının əməkdaşları “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qruplarının birgə müşahidə qərargahına müraciət edərək, onlardan poliklinikanın rəhbərliyi tərəfindən müxtəlif seçki məntəqələrində səs vermələrinin tələb olunduğunu bildiriblər.


PRESS-RELİZ № 6
Saat 12:00

108 saylı Ağstafa seçki dairəsinin ərazisində Ağstafa rayonunun neft bazasının müdiri Natiq Eyyubov 10 nəfərdən ibarət qrup yaradaraq onların dairə ərazisindəki bütün məntəqələrdə səs verməsini təşkil edir. 9 saylı seçki məntəqəsində bu saxtakarlığa etiraz edən məntəqə seçki komissiyasının üzvü Bayramov Mustafa Alı oğlu təzyiqə məruz qalıb.
***
13 saylı Əzizbəyov birinci seçki dairəsinin ərazisində yaradılmış 20 nəfərlik qrup “karusel” metodu ilə bütün məntəqələrdə səs verməyə aparılır.
***
4 saylı Naxçıvan şəhər seçki dairəsinin 8 saylı seçki məntəqəsində seçicilər heç bir sənəd təqdim etmədən seçki bülletenlərini alıb səsvermədə iştirak edirlər.
***
8 saylı Binəqədi birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində “10-LO-482” dövlət nömrə-nişanlı sarı rəngli “Mersedes” markalı avtomobil artıq 4-cü dəfədir ki, seçki məntəqəsinə seçiciləri gətirir. Peşə litseyində yerləşən həmin məntəqədə 18 yaşına çatmamış litsey şagirdləri səsvermə prosesinə cəlb edilir.
***
56 saylı Xaçmaz kənd seçki dairəsinin 2, 3, 4, 5 və 37 saylı seçki məntəqələrində seçki bülletenləri seçki məntəqəsi üzvləri tərəfindən işarələnərək seçki qutularına atılır. Rayon ərazisində olan Daxili Qoşunların əsgərləri bütün məntəqələrə aparılaraq, onların hər bir məntəqədə səs verməsinə şərait yaradılır.
***
35 saylı Xətai üçüncü seçki dairəsinin 11, 12, 13 və 14 saylı seçki məntəqələri rayon ərazisindəki 48 və 98 saylı orta məktəblərdə yerləşir. Bu məktəblərin bütün müəllimləri hər iki məktəbdəki məntəqələrdə səsverməyə cəlb edilib.
***
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrinin yerləşdiyi 1 saylı orta məktəbdə üç polis işçisi seçki məntəqələrini tərk etmir.
***
14 saylı Əzizbəyov ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində saat 1030-dək adı seçici siyahısında olmayan 30 nəfərə seçki bülleteni verilib. Məntəqənin yerləşdiri 149 saylı məktəbin müəllimləri paltarlarını dəyişərək iki-üç dəfə məntəqələrə gəlib təkrarən səsvermədə iştirak ediblər.
***
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 10 saylı seçki məntəqəsinə 100 nəfərədək Gəncə şəhər Kənd Təsərrüfatı Akademiyasının tələbəsi səsverməyə gətirilib.
***
Salyan rayonunda rayon icra hakimiyyəti başçısının müavinləri və polis zabitləri tərəfindən rayon bazarı və ticarət obyektlərini bağlanılıb, hamıya seçki məntəqələrinə getmək əmri verilib.


PRESS-RELİZ № 7
Saat 12:50

Referendum günü saat 1200-da “Xəzər” TV-də çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elman adlı müəllimi və çıxış edən digər şəxslər təbliğat aparmış, Azərbaycan Respiblikası Konstitusiyasının 101-ci maddənin 5-ci hissəsinin dəyişdirilməsinin Azərbaycan cəmiyyəti üçün çox vacib olduğu vurğulamışlar.
***
103 saylı Gədəbəy seçki dairəsinin rayon mərkəzində yerləşən seçki məntəqələrində saat 1100-dək seçicilərin yalnız bir faizi iştirak edib.
***
84 saylı Füzui seçki dairəsinin 64 saylı seçki məntəqəsində müşahidəçi tərəfindən 1130-dək yalnız 27 seçicinin səsvermədə iştirak etdiyini qeydə alınsa da, məntəqə seçki komissiyasının sədri dairə seçki komissiyasına 250 nəfərin səsvermədə iştirak etdiyi barədə məlumat verib. Buna etiraz edən müşahidəçi Fətəli Quliyev zorakılıqla seçki məntəqəsindən çıxarılıb.
***
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 12 saylı seçki məntəqəsinə “10-TL-815” və “10-CF-546” dövlət nömrə-nişanlı “Mersedes” markalı mikroavtobuslarla bu məntəqə ərazisində qeydiyyatda olmayan şəxslər seçki məntəqəsinə gətirilərək səsverməyə cəlb edilir.
***
46 saylı Şirvan seçki dairəsinin 10 saylı seçki məntəqəsində seçkidə iştirak edən çəxslərin bildiriş vərəqələrinin arxasına möhür vurulur. Həmin məntəqənin qarşısında mağar qurularaq, səsvermədə iştirak edənlərə yemək verilir.
***
35 saylı Xətai üçüncü seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçki qutusuna topa şəklində seçki bülleteni atmaq istəyən şəxslərin əlində seçki bülletenləri müşahidəçi Bəybala Əliyev tərəfindən alınaraq, fakt barədə akt tərtib edilib.
***
33 saylı Xətai birinci seçki dairəsinin 16 saylı seçki məntəqəsində saat 1130-dək səsvermədə yalnız 50 nəfər iştirak etsə də, 310 seçki bülletenin küncü kəsilərək istifadə olunmuş kimi qeyd edilib.
***
66 saylı Biləsuvar seçki dairəsinin ərazisində rayon icra hakimiyyəti işçiləri və polis zabitləri tərəfindən rayon bazarı və ticarət obyektləri bağlanılaraq, hamının seçki məntəqələrinə gedərək səsvermədə iştirak etmələri tələb olunur.
***
Gəncə şəhərinin 28 saylı orta məktəbində referendum kampaniyasını müşahidə edən “Respublikaçılar” təşviqat qrupunun vəkili Cahangir Əmirov, müşahidəçilər Oqtay Zeynalov və Vaqif Cadıqlı seçki qutusuna topa ilə seçki bülleteni atan seçicinin saxtakarlıq etməsinə maneçilik törətmək istəyərkən həmin məktəbin direktoru əvvəlcədən hazırlanmış bir neçə naməlum şəxslə birlikdə müşahidəçiləri zorakılıqla seçki məntəqəsindən uzaqlaşdırmışlar.


PRESS-RELİZ № 8
Saat 13:40

63 saylı Sabirabad birinci seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 10, 11, 15, 16, 17, 18, 19, 23 və 28 saylı seçki məntəqələrində seçicilərin səsvermədə iştirak faizi saat 1100-da 3-5 faiz arası təşkil edib. Bu məntəqələrdə seçicilərə seçki bülletenində yalnız 21-ci bənddə göstərilən 101-ci maddəyə olan dəyişiklikdə “hə” cavabını işarələmək tələb olunur. Dairə seçki komissiyasının sədri Məstalı Nuriyev saat 1200-a olan məlumatı müşahidəçilərə söyləməkdən imtina edib.
***
49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 26 saylı seçki məntəqəsində səsvermədə iştirak etmək üçün Mingəçevir Müəllimləri Təkmilləşdirmə İnstitutunun qeydiyyatda olmayan tələbələri cəlb edilib.
***
20-dən çox seçici 20 saylı Nərimanov ikinci seçki dairəsinin 16 və 17 saylı seçki məntəqələrinə “90-BP-695” dövlət nömrə-nişanlı 179 saylı marşrut avtobusunda gətirilərək onların səsverməsinə şərait yaradılıb. Bu fakt “Azadlıq” radiosunun əməkdaşı tərəfindən lentə alındıqda, avtobusdakı adamlar xanım müxbirə hücum edərək, ona təzyiq göstəriblər.
***
54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin ərazisində “17-AC-099” və “17-AC-183” dövlət nömrə-nişanlı avtomobillərlə seçicilər “karusel” metodu ilə Dəvəçi şəhərində olan bütün məntəqələrə daşınaraq, onların səs verməsinə şərait yaradılıb.
***
Üzərində “SOCAR” yazılmış Neft Şirkətinə məxsus “90-EB-339” dövlət nömrə-nişanlı avtomobillə üzərində heç bir sənədi olmayan 20 nəfər şəxs 33 saylı Xətai birinci seçki dairəsinin 25 və 26 saylı seçki məntəqəsinə gətirilib və onlar bu məntəqələrdə səs verdikdən sonra digər seçki məntəqələrinə aparılıblar.
***
95 saylı Tərtər seçki dairəsinin ərazisində seçicilər məcburi qaydada seçki məntəqələrinə gətirlib. Bu məqsədlə “50-BC-445” dövlət nömrə-nişanlı “QAZel” mikroavtobusdan istifadə olunur. Bu işlə 1 saylı seçki məntəqəsindəTərtər rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev, onun müavini Ağa Ələsgərov, Kommunal Təsərrüfat İdarəsinin müdiri Nəsimi Abdullayev, 2 saylı seçki məntəqəsində şəhər icra nümayəndəsi Şahid Həsənov, 3 saylı seçki məntəqəsində Ağsaqqalar Şurasının sədri Arif Əhmədov, 29 saylı seçki məntəqəsində isə rayonun baş baytar həkimi Məhərrəm Əliyev rəhbərlik edib.
***
Sumqayıt, Yevlax, Şəki, Lənkəran, Biləsuvar, Mingəçevir və digər şəhərlərdən daxil olan məlumatlardan aydın olur ki, bu şəhərlərdə fəaliyyət göstərən ticarət obyektləri, bazarlar bağlanılıb və hamıdan seçki məntəqələrinə gedərək səs vermələri tələb olunur. Yevlax şəhərində bankomatlardan təqaüdünü götürmək istəyən təqaüdçülərin təqaüd kartları əllərindən alınır və yalnız onlar səs verdikdən sonra geri qaytarılır.


PRESS-RELİZ № 9
Saat 15:10

26 saylı Sabunçu birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində seçki məntəqəsinin yerləşdiyi 107 saylı orta məktəbin müəllimləri bir neçə dəfə səsvermədə iştirak edib. Valideynlərə zəng edərək, onların seçki məntəqəsinə gəlməsi təkid edilir. Saat 1300-dək ən azı 20 seçiciyə 3 və daha artıq seçki bülleteni verilib.
***
79 saylı İmişli seçki dairəsinin 2 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının üzvləri bülletenləri özləri işarələyib hazır şəkildə seçicilərə verir. Eyni adamlar səsvermədə bir neçə dəfə iştirak edir. Barmaqda mürəkkəb yoxlanılmır. Seçki məntəqəsinə adamların qrup şəklində gətirilməsinə Əmlak Komitəsinin rayon şöbəsinin müdiri Məhi Qəmbərov rəhbərlik edir.
***
21 saylı Nəsimi birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində 240 saylı məktəbin 17 yaşlı məktəblilərinə (50-55 nəfər) səsvermə bülleteni verilib. Məntəqə seçki komissiyasının sədri və məktəbin direktoru Esmira Məmmədova bu prosesə şəxsən rəhbərlik edir. 240 saylı orta məktəbin müəllim heyəti həmin məktəbdə yerləşən 8 və 9 saylı seçki məntəqələrində bir neçə dəfə səs verib. Bu işdə onlara seçki məntəqəsinin katibi Arif Qasım oğlu Hüseynov yardımçı olub. Bu qanunsuzluğa etiraz edən “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Taliyət Əliyevin səsvermə prosesinə və məntəqə seçki komissiyasının işinə guya müdaxilə etməsi barədə qeyri-qanuni olaraq məktəbin direktoru Esmira Məmmədovanın rəhbərliyi ilə akt tərtib olunub.
***
95 saylı Tərtər seçki dairəsinin 2 saylı seçki məntəqəsində Ümid Partiyasından olan məntərə seçki komissiyasının üzvü Tahir Hacıyev seçki qutusunun surquclanmaması və bülletenlərin möhürlənməməsini aşkar edərək, bu faktın aktlaşdırılmsını tələb etdikdə təzyiqlərə məruz qalıb. Onun təkidli səyləri nəticəsində rayon icra hakimiyyəti başçısı Vidadi İsayev də seçki məntəqəsinə gəldikdən sonra baş verən hadisə aktlaşdırılıb.
***
115 saylı Şəki kənd ikinci seçki dairəsinin 42 saylı seçki məntəqəsində “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupundan olan vəkil Sahib Kərimov məntəqə seçki komissiyası üzvlərindən birinin seçki qutusuna 30-dək seçki bülleteni atmasına imkan verməyərək, seçki bülletenlərini onun əlindən alıb və fakt üzrə akt tərtib edilib.
***
25 saylı Nizami ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsinin ərazisində yaşamayan seçicilərin “90-JC-661” və “10-JV-076” dövlət nömrə-nişanlı avtobuslarla seçki məntəqəsinə gətirilərək səsvermədə iştirakına şərait yaradılıb.
***
108 saylı Ağstafa seçki dairəsinin 5 saylı seçki məntəqəsində gündüz saat 1300-da səsvermənin başa çatdığı elan edilib. Analoji hal 68 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 8 saylı seçki məntəqəsində də baş verib.


PRESS-RELİZ № 10
Saat 16:35

19 mart 2009-cu il tarixdə səhər saat 1100-da RATİ təşkilatının ofisində “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qruplarının birgə mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında referendumun nəticələri ilə bağlı həmin təşviqat qruplarının ilkin rəyi açıqlanacaq.
***
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Sumqayıt şəhərində yerləşən seçki məntəqələrində seçki prosesi saat 1400-dan seçki bülletenləri qurtardığı üçün səsvermə bitdiyi edlan edilib.
***
77 saylı Astara seçki dairəsinin rayon mərkəzində yerləşən 6 və 7 saylı seçki məntəqələrinə saat 1400-dək seçicilərin 7-8 faizi səsverməyə gəlib. Bu göstərici rayonun kəndlərində daha da aşağı olub. Ona görə də seçki məntəqələrində məntəqə seçki komissiyasının üzvləri özləri bülletenləri işarələyib topa-topa seçki qutularına atır.
***
59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələrinin əksər məntəqələrində bir səsvermə kabinəsinə 2-3 nəfər birdən daxil olur. Məntəqə seçki komissiyası üzvləri seçiciləri açıq şəkildə yönləndirir. 30-40 nəfərdən ibarət bir dəstə Salyan şəhərinin mərkəzində yerləşən bütün məntəqələrdə “karusel” metodu ilə səs verib. Barmağa vurulan mürəkkəb heç bir məntəqədə yoxlanılmır. Məntəqə seçki komissiya üzvləri seçki bülletenlərini işarələyib topa şəklində seçki qutularına atır.
***
45 saylı Abşeron seçki dairəsinin Xırdalan şəhərində yerləşən seçki məntəqələrində “karusel” əməliyyatını yerinə yetirmək üçün “10-TB-652”, “10-TB-539”, “10-TB-649”, “10-TB-541”, “10-TB-646”, “10-TB-659” dövlət nömrə-nişanlı 140 saylı marşrtur avtobuslarından iştifadə olunur.
***
Xətai rayonu ərazisində Neft Şirkətinə məxsus “90-JQ-339” “Daevo” markalı 40 yerlik avtobusun seçki məntəqələrinə “seçici” qruplarını daşıması aşkar edilib.
Ümumiyyətlə, bir çox seçki dairələrinin ərazisində Neft Şirkətinə məxsus olan avtomobillərin “karusel” əməliyyatının təşkilində iştirakı müəyyənləşdirilib.
***
34 saylı Xətai ikinci seçki dairəsinin 260 saylı məktəbində yerləşən 11, 12 və 13 saylı seçki məntəqələrinə xüsusi maşınlarda gətirilmiş 50-yə yaxın adam bütün məntəqələrdə səsverməyə cəlb olunub.
***
71 saylı Masallı kənd seçki dairəsinin 3 saylı seçki məntəqəsində YAP-ın rayon gənclər təşkilatının sədri komissiya üzvlərinin seçki bülletenlərini işarələyib seçki qutularına topa ilə atılmasına rəhbərlik edib.
***
111 saylı Zaqatala-Balakən seçki dairəsi ərazisində xüsusi hazırlanmış “seçici” qrupları vasitəsilə “karusel” əməliyyatı həyata keçirilir.


PRESS-RELİZ № 11
Saat 17:50

68 saylı Cəlilabad kənd seçki dairəsinin 1 saylı seçki məntəqəsində “Respublikaçılar” təşviqat qrupundan olan vəkil Azər Əsgərov və Ümid Partiyasının təmsil edən dairə seçki komissiyasının üzvü Rüstəm Rüstəmovdan seçki prosesinə dəxli olmayan “Aqroservis”in müdiri Əlövsət Qarayev və məntəqə seçki komissiyası sədrinin atası, eyni zamanda məktəb direktoru olan Elxan Qarayev tərəfindən vəsiqə tələb olunub və onların seçki məntəqəsinə buraxılmamasına cəhd edilib. Bu seçki dairəsinin 20 saylı məntəqəsində seçici siyahıları yoxdur, seçki məntəqəsinin qarşısında polislər keşik çəkir.
***
Saat 1500-dan başlayaraq “10-HS-021”, “90-ED-472”, “90-AG-383”, “90-CD-012”, “10-UF-362”, “10-BH-989”, “90-DS-338”, “10-XO-912”, “90-BN-931”, “90-CP-147”, “90-DS-921” dövlət nömrə-nişanlı avtomobillər 33 saylı Xətai birinci seçki dairəsinin ərazisində seçiciləri məntəqələrə daşımaq və “karusel” əməliyyatını yerinə yetirmək üçün cəlb edilib.
***
ANS raduosunun saat 1600-da yayımlanan “Xəbərlər” proqramında 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı seçki məntəqəsində müşahidəçi olan Cavid Hacıyevin seçki prosesinə qanunsuz müdaxiləyə görə məntəqədən xaric edilməsi haqqında məlumat gedib. Müsavat Partiyası Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli və 3 saylı seçki məntəqəsinin sədri Tofiq Zeynalov bu xəbəri təkzib edib.
***
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Sumqayıt şəhərində yerləşən seçki məntəqələrində protokolların qaralama variantlarının yazılması prosesinə başlanılıb. Seçki komissiyasının üzvləri bu prosesdən kənarda saxlanılır, bütün işləri onların əvəzinə icra nümayəndələri həyata keçirir.
***
108 saylı Ağstafa seçki dairəsində rayon təhsil şöbəsinin müdiri Labidə Batıyeva, bələdiyyənin sədri Nəsib Hacıyev və şəhər icra nümayəndəsi Nəriman Hacıyev seçki prosesinə qanunsuz müdaxilə edirlər. 9 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının üzvü Mustafa Bayramovu Ağstafa neft bazasının müdiri Natiq Eyyubov təhqir edib, onu döyməyə cəhd göstərib.
***
121 saylı Laçın seçki dairəsinin 4, 7, 8 və 16 saylı seçki məntəqələrinə seçicilər icra hakimiyyətinin təşkil etdiyi avtobuslarla daşınıb, seçki məntəqəsinin qarşısında onları icra nümayəndələri təlimatlandırıb, bir məntəqədə səs verən seçicilər həmin avtobuslarla digər məntəqələrə aparılıb.
***
17 saylı Yasamal üçüncü seçki dairəsinin 20 və 21 saylı seçki məntəqələridə saat 17:00-dək səs verən seçicilərin sayı müvafiq olaraq cəmi 21 və 35 nəfər olub.


PRESS-RELİZ № 12
Saat 20:30

21 saylı Nəsimi birinci seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələrində qeydiyyatdançıxma vəsiqəsi ilə səs verənlərin sayı seçici siyasında olan səs verənlərin sayından artıq olduğunu, bir nəfərin seçki qutusuna bir neçə seçki bülleteni atdığını qeyd edən müşahidəçi məntəqə seçki komissiyası sədrinin hədələrinə məruz qalıb. Bu dairənin 21, 22, 26 və 28 saylı seçki məntəqələrinə seçicilərin məcburi qaydada gətirildiyi qeyd edilib.
***
22 saylı Nəsimi ikinci seçki dairəsinin 1, 6, 7, 8, 18, 19, 21 və 22 saylı seçki məntəqələrinə Nəsimi rayonu ərazisində yaşamayan 40 nəfərə yaxın Xətai rayonu sakininin gətirilməsi və bu məntəqələrin hər birində səs verməsi qeydə alınıb. Bu dairənin 15 saylı məntəqəsində qısa müddətdə 16 nəfər seçicinin hər birinə 7-8 seçki bülleteni verilib və onlar səsvermə kabinəsinə girərək dərhal seçki bülletenlərini seçki qutularına atıb.
***
31 saylı Suraxanı ikinci və 32 saylı Suraxanı üçüncü seçki dairələrinin seçki məntəqələrində də “karusel” metodundan istifadə olunması seçki komissiyası üzvlərinin seçki bülletenlərini seçki qutularına topa ilə salması faktları qeydə alınıb.
***
29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinə “10-AE-879” dövlət nömrə-nişanlı avtobusla hərbçilər səsverməyə gətirilib. Bu dairənin 18 saylı seçki məntəqəsində müşahidəçi Hüseyn Məlikov komissiya üzvü tərəfindən təzyiqə məruz qalıb.
***
56 saylı Xaçmaz kənd seçki dairəsinin 24 saylı seçki məntəqəsində gün ərzində 1400 seçicidən 180 nəfərinin səsvermədə iştirak etdiyini qeyd edən müşahidəçi Heybət Əmrah səsvermə prosesi qurtaran dəqiqədən məntəqə seçki komissiyasının sədri Vidadi Rövşənov tərəfindən seçki məntəqəsindən çıxarılıb. Həmin seçki dairəsinin 37 saylı seçki məntəqəsinin Süleyman adlı sədri müxalifətdən olan müşahidəçi Yaşar Əliyevi səs sayma prosesi başlayarkən seçki məntəqəsindən çıxarıb.
***
17 saylı Yasamal üçüncü seçki dairəsinin 29 saylı seçki məntəqəsində müşahidə aparan Orxan Kərimli səsvermə prosesi başa çatandan dərhal sonra məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsindən çıxarılıb.
***
108 saylı Ağstafa seçki dairəsinin 2 saylı seçki məntəqəsində 14:00 seçicidən yalnız 100 nəfəri səsvermədə iştirak edib. Səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyasının sədri istifadə olunmamış seçki bülletenlərini müşahidəçilərin iştirakı ilə ləğv etməkdən imtina edib və müşahidəçiləri seçki məntəqəsindən çıxarıb.

Məlumatların toplanması davam edəcək...