Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, referenduma hazırlıq, Müsavat Deputat Qrupunun
fəaliyyəti haqqında, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən
ibarət olub. Qərarların icrası və görülən işlər haqqında məlumatlar dinlənilib.
Referendumla bağlı “Respublikaçılar” təşviqat qrupunun yaradılması ilə əlaqədar
təşəbbüs qrupunun yaradılması, kiçik zaman kəsiyində iclasların keçirilməsi,
sənədlərin hazırlanıb MSK-ya təhvil verilməsi və imza vərəqələrinin alınıb imza
toplayacaq şəxslərə paylanması işlərində xüsusi xidmət göstərən təşəbbüsçülərə
partiya Divanı adından təşəkkür edilib.
Müsavat Deputat Qrupunun üzvlərindən Arzu Səmədbəyli və Pənah Hüseynin 2008-ci
ilin fəal deputatı, İltizam Əkbərli və İkram İsrafilin seçicilərin problemlərini
daha aktiv şəkildə qaldıran və müdafiə edən deputat seçilməsi təqdirəlayiq hal
kimi qiymətləndirilib.
Son zamanlarda Müsavat Partiyası Gənclər Təşkilatının fəallarına, hüquq
müdafiəçisi “Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı”nın koordinatoru
Leyla Yunusa və “XXI əsr Təhsil Mərkəzi”nin direktoru Etibar Əliyevə qarşı
edilən təzyiq və haqsızlıqlara etiraz bəyanatı qəbul edilib (bəyanatın
tam mətni ayrıca verilib).
20 Yanvar hadisəsinin ildönümü ilə bağlı xalqa müraciət qəbul edilib.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 19 yanvar 2009-cu il, Bakı