“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nın 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar referendumla bağlı ilkin
| R Ə Y İ | English |
Beynəlxalq standartlara cavab verməyən ciddi qanun pozuntuları və
saxtakarlıqlarla keçirilən 15 oktyabr 2008-ci il Azərbaycan Respublikası
prezidentinin seçkilərindən dərhal sonra hakimiyyət partiyasının rəhbərliyində
olan bəzi şəxslər Azərbaycan Respublikası Konstitusiyasının bir nəfərin iki
dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyan 101-ci maddəsinin
dəyişdirilməsi zərurəti ilə bağlı referendum keçirilməsi ideyası ilə çıxış
etmiş, qısa müddətdən sonra cəmiyyətdə ətraflı müzakirələr aparılmadan
Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə
bağlı məsələ parlamentin gündəliyinə çıxarılmışdır.
Bu məsələ parlamentdə də ətraflı müzakirə edilməmiş, hətta müxalifətdən olan
deputatlara bu məsələ ətrafında çıxış etmək üçün söz verilməmişdir. Layihə
dərhal səsə qoyularaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
göndərilmişdir.
Hakimiyyətin nəzarəti altında olan Konstitusiya Məhkəməsi parlamentin 29 maddədə
41 dəyişiklik edilməsi ilə bağlı təklifinə Azərbaycan Respublikası
Konstitusiyasının 31-ci maddəsinin 2-ci hissəsini pozaraq müsbət rəy vermiş,
dərhal sonra yenə də ətraflı müzakirələr aparmadan Azərbaycan Respublikasının
Milli Məclisi 18 mart 2009-cu il tarixə referendum təyin etmişdir.
Referendumun cəmiyyətin deyil, hakim zümrənin maraqlarını əks etdirdiyini,
mahiyyət etibarilə avtoritar sistemin möhkəmləndirilməsinə xidmət etdiyini, bir
nəfərin qeyri-məhdud müddətdə hakimiyyətdə qalmasına imkan yaratdığını nəzərə
alan Azərbaycanın müxalifət partiyaları (Azərbaycan Demokrat Partiyası,
Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Müsavat
Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası) bəzi ictimai
təşkilatlarla birgə “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” adlı
təşkilat yaradaraq, referendumda müzakirəyə çıxarılan bir sıra dəyişikliklərin
əleyhinə çıxdı.
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” və bəzi müstəqil
hüquqşünasların rəylərinə görə, referendum Azərbaycan Respublikası
Konstitusiyasının bir sıra maddələrinə Azərbaycanın beynəlxalq qurumlar
qarşısında götürdüyü öhdəliklərə zidd olaraq təyin edilmişdir. Belə ki,
Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsində deyilir: “Maddə
156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi
qaydası. I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan
Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları
şəklində qəbul edilir. II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki
dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir”. Buna
baxmayaraq, ümumxalq referendumunda səsverməyə çıxarılmış layihədə
Konstitusiyaya bir sıra əlavələr edilməsi nəzərdə tutulur.
Konstitusiyanın 158-ci maddəsində deyilir: “Maddə 158. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü.
Azərbaycan Respublikasının Konstitusiyana əlavələrin təklif edilməsi
təşəbbüsünün məhdudlaşdırılması bu Konstitusiyanın birinci bölməsində əks
etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına
əlavələr təklif edilə bilməz”. Buna baxmayaraq, ümumxalq referendumunda
səsverməyə çıxarılmış layihədə Konstitusiyanın 1-ci bölməsinə 4 əlavənin
edilməsi nəzərdə tutulur.
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nın “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının referendumunun Azərbaycan Respublikası Konstitusiyasının bəzi
maddələrinə zidd olaraq təyin edilməsi barədə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə və Azərbaycan Milli Məclisinə müraciətləri cavabsız
qalmışdır.
Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidd
olaraq qanunvericilikdə edilən əsaslı dəyişikliklər barədə Avropa Şurası
Venesiya Komissiyasına rəy bildirmək üçün müraciət etməmişdir.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəyinə görə, bələdiyyə
strukturları üzərində dövlət nəzarətinin tətbiq edilməsi, həmin strukturların
parlament qarşısında hesabat verməsi kimi absurd müddəa yerli özünüidarəetmənin
demokratik prinsiplərinə uyğun gəlməməklə yanaşı, həm də Azərbaycanın Avropa
Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.
Avropa Şurası Venesiya Komissiyası referendumda müzakirəyə çıxarılan bir çox
müddəaların demokratiyanın inkişafı prinsiplərinə uyğun gəlmədiyini, bir nəfərin
iki dəfədən artıq prezident seçilməsinin Avropa praktikasına zidd olduğunu bəyan
etmişdir.
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının referendumu ölkədə seçicilərin öz iradəsini
azad surətdə ifadə etməsi üçün normal demokratik şəraitin olmadığı, müxalifət
partiyalarının, müstəqil KİV-lərin təqib və təzyiqlər altında olduğu, dövrdə
elan edilmişdir.
Bütün seçki komissiyaları yenə də hakimiyyətin nəzarəti altında olmuşdur. Belə
ki, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün seçki
komissiyalarında mütləq əksəriyyət təşkil edir.
Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat qruplarının yaradılması üçün çətin
prosedurlar müəyyənləşdirilmiş, müxalifət tərəfindən elan olunmuş “Qarabağ və
Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının
yaradılmasına ciddi maneçiliklər törədilmişdir. Ölkənin bir çox regionlarında
(Sabirabad, Sumqayıt, Salyan, Neftçala, Zaqatala, Xaçmaz, Cəlilabad və s.) bu
təşviqat qrupları üçün imza toplayan şəxslər təzyiq və təqiblərə məruz qalmış,
müxtəlif müddətlərdə həbs olunmuşlar. Həmin dövrdə iki nəfər haqqında qondarma
cinayət işi açılmış, onlar haqqında qeyri-qanuni məhkəmə hökmü çıxarılmışdır.
İmza toplayan şəxslərlə yanaşı, müxalifət təşviqat qruplarının qeydiyyatı üçün
imza vermiş bəzi şəxslər təqib və təzyiqlərə, hədə-qorxulara məruz qalmışlar.
Hakimiyyət dairələri müxalifətin təşviqat qruplarının yaradılmasına mane olmaqla
yanaşı, inzibati resursdan istifadə etmə və saxtakarlıqla faktiki olaraq öz
nəzarəti altında olan 7 təşviqat qrupu yaratmışdır.
Bərabər hüqüqlu təbliğat imkanları prinsipi kobud şəkildə pozulmuşdur. Bütün
seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının
əksəriyyəti referendumla bağlı hakimiyyətin mövqeyinin təbliği və müxalifətə
qarşı təbliağtla məşğul olmuşdur.
Təşviqat aparılması üçün yalnız İctimai TV-də vaxt ayrılmışdır. Xüsusi qeyd
etmək lazımdır ki, referendum kampaniyası dövründə ayrılan pulsuz efir vaxtı
bundan əvvəlki bütün seçkilərdə olduğundan az, həftədə cəmi 90 dəqiqə olmuş və
bu vaxt yalnız teledebatlar üçün ayrılmışdır. Beləliklə, müxalifətdən olan
təşviqat qruplarının bütün kampaniya dövründə yalnız 40 dəqiqə ərzində pulsuz
efir vaxtından istifadə imkanı olmuşdur.
Bir sıra televiziya kanalları pullu efir vaxtı üçün tarifləri elan etməyi belə
lazım bilməmişlər. Elan edilmiş tariflər isə Azərbaycan reallığı üçün çox yüksək
olmuşdur.
Təşviqat materiallarının geniş yayılmasına maneçilik törədilmişdir. Belə ki,
ötən seçkilər ərəfəsində təşviqat materiallarının yalnız xüsusi ayrılmış
yerlərdə yerləşdirilməsi ilə bağlı Seçki Məcəlləsində edilmiş dəyişiklik
təşviqat materiallarının nümayiş etdirilməsinin səmərəliliyini xeyli azaltmış,
bu məqsədlə xüsusi ayrılmış lövhələrdə “Respublikaçılar” və “Qarabağ və
Respublika Uğrunda Hərəkat” təşviqat qruplarına məxsus olan plakatlar polis və
icra hakimiyyəti strukturları işçiləri tərəfindən çırılmış, həmin təşviqat
qruplarının vətəndaşlara bukletlər paylayan nümayəndələri polis təzyiqinə məruz
qalmışlar.
Təşviqat kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsi üçün şərait
yaradılmamışdır. Belə ki, Bakı şəhərində müxtəlif dövrlərdə və müxtəlif
məkanlarda kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar müraciətlərin hamısına
qeyri-qanuni olaraq rədd cavabı verilmişdir.
“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları
nümayəndələrinin Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalarla əlaqədar
qeyri-qanuni qərarlarından məhkəməyə edilən şikayətlərə Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan müddətdə baxılmamışdır.
Ölkənin regionlarında, o cümlədən Sumqayıt, Gəncə, Cəlilabad, Lənkəran,
Sabirabad, İmişli və Şəkidə “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”na
daxil olan siyasi partiya və ictimai təşkilatların, həmçinin “Qarabağ və
Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının
seçicilərlə açıq havada görüş məqsədilə müraciət etdiyi yerlərin heç birində
belə aksiyaların keçirilməsinə imkan verilməmişdir.
Referendum kampaniyası dövründə “Respublikaçılar” və “Qarabağ və Respublika
Uğrunda Hərəkat” təşviqat qrupları tərəfindən Mərkəzi Seçki Komissiyasına
edilmiş 40-dək şikayətin mütləq əksəriyyəti əsassız olaraq təmin edilməmişdir.
Seçki Məcəlləsinin və beynəlxalq hüququn tələblərinə rəğmən administrativ resurs
referendum kampaniyasında hakimiyyətin mövqeyinin müdafiəsində fəal iştirak
etmişdir.
Təşviqat kampaniyası dövründə əvvəlki seçkilərdən fərqli olaraq qeydə alınmış
təşviqat qruplarına dairə və məntəqə seçki komissiyalarına məşvərətçi səs
hüquqlu komissiya üzvü təyin etmək hüququnun verilmədiyi məlum olmuş, bununla da
müxalifətin referendum günü bilavasitə seçki komissiyalarında səsvermə prosesinə
nəzarət üçün heç bir mexanizm qalmamışdır.
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” qeyd edilənləri nəzərə alaraq,
referendum kampaniyasını dayandırmağı təklif etmişdir. Avropa Yerli və Regional
Hakimiyyətlər Konqresinin də Azərbaycan hakimiyyətinə oxşar təklifinə hakimiyyət
dairələri məhəl qoymamışlar.
REFERENDUM GÜNÜ
Referendum günü qanun pozuntuları və saxtakarlıqlar kütləvi xarakter almışdır.
Yerli icra hakimiyyəti strukturları Yeni Azərbaycan Partiyası nümayəndələrinin
əksəriyyət təşkil etdiyi seçki komissiyaları ilə birlikdə bu qanun pozuntuları
və saxtakarlıqların əsas təşkilatçısı olmuşdur.
Bəzi televiziya kanallarında təşviqat kampaniyası referendum günü də davam
etmişdir.
Bir çox seçki məntəqələrində seçki bülletenləri müşahidəçilərin iştirakı ilə
sayılmamış, seçki qutuları onların iştirakı ilə möhürlənməmişdir.
Müxalifəti təmsil edən müşahidəçilər bir çox seçki məntəqələrinə ümumiyyətlə
buraxılmamış, bəzi seçki məntəqələrində isə təzyiqlərə məruz qalmışlar.
Müşahidəçilərə effektiv müşahidə imkanları yaradılmamış, səslərin sayılması
zamanı isə onlar prosesdən tamamilə kənarlaşdırılmışlar.
Seçici fəallığının olmamasından narahat olan yerli icra hakimiyyəti orqanlarının
nümayəndələri seçki məntəqələrinin əksəriyyətində “karusel” əməliyyatı həyata
keçirmişlər.
Əvvəlcədən yaradılmış ayrı-ayrı “seçici” qrupları avtobus və digər maşınlarla
məntəqələri gəzdirilərək, onların müxtəlif məntəqələrdə səs verməsinə şərait
yaradılmışdır. Həmin “seçici” qrupları bəzi seçki məntəqələrində bir neçə dəfə
olmuş, bir çox hallarda həmin “seçicilərə” iki və daha artıq seçki bülleteni
verilmişdir.
Seçki bülletenlərinin qutulara topa şəklində atılması prosesində bir çox məntəqə
seçki komissiyaları sədrlərinin və üzvlərinin fəal iştirakı aşkar edilmişdir.
18 yaşına çatmamış şəxslərin, litsey tələbələrinin və şagirdlərin səsverməyə
cəlb olunması kütləvi hal almışdır.
Bir sıra seçki məntəqələrində səs verən şəxslər nəinki həmin seçki
məntəqələrinin, hətta müvafiq seçki dairəsinin ərazisində yaşamayn şəxslər
olmuşlar.
Əksər seçki komissiyaları səslərin sayılması prosesini ümumiyyətlə həyata
keçirməmiş və əvvəlcədən tapşırılmış rəqəmləri protokollarda qeyd etmişlər.
Referendum günü “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat”
təşviqat qrupları birgə müşahidə həyata keçirmiş, 1000-dək mənrtəqə seçki
komissiyasında olan müşahidəçilərin məlumatı əsasında 12 press-reliz yaymışlar.
Yuxarıda qeyd olunan qanun pozuntuları və saxtakarlıqlar haqqında ətraflı və
konkret məlumatlar olan press-relizlər ilkin rəyə əlavə olunur.
Press-relizlər www.isagambar.az
saytına daxil edilib.
NƏTİCƏ
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”na daxil olan siyasi partiyalar
və ictimai təşkilatlar qeyd edir ki:
1) 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına
əlavələr və dəyişikliklər haqqında referndum Azərbaycan Respublikası
Konstitusiyasının bir sıra maddələrinə zidd olaraq keçirilmişdir;
2) Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların,
bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların
ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi
islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq,
ölkədə referendumun azad və ədalətli keçirilməsi üçün normal demokratik şərait
olmamışdır.
Referendum ərəfəsində ölkədə
- müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam etmiş;
- referendumun demokratik keçirilməsini təmin edəcək müvafiq qanunvericilik
bazası yaradılmamış;
- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri mütləq əksəriyyət
təşkil etmiş;
- təşviqat qruplarına bərabərhüquqlu təbliğat imkanları yaradılmamış;
- təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə
məhdudlaşdırılmışdır.
Seçki məntəqələrində referendum günü saxtakarlıqlar və qanun pozuntuları davam
etdirilmişdir. Bir çox seçicilərin seçki məntəqələrinə müxtəlif qeyri-qanuni
üsullarla gətirilməsinə, demək olar ki, bütün seçki məntəqlərində “karusel”
əməliyyatlarının həyata keçirilməsinə baxmayaraq, referendumda iştirak edənlərin
ümumi sayı 15 faizdən az olmuş, referendumda iştirak edənlərin sayı seçki
komissiyaları tərəfindən təqribən 5 dəfə şişirdilmişdir.
3) 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına
əlavələr və dəyişikliklər haqqında referendumu azad və ədalətli olmamışdır.
“Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat
qruplarının müşahidəçilərinin və bir çox müstəqil müşahidəçilərin verdiyi
məlumatlara əsasən referendumda seçicilərin yalnız 15 faizdən azı iştirak
etdiyindən yetərsay alınmamış və referendum baş tutmamışdır.
isagambar.az, 19 mart 2009-cu il, Bakı
CIVIL MOVEMENT FOR
KARABAKH AND THE REPUBLIC STATEMENT OF PRELIMINARY REPORT ON THE 18 MARCH VOTE
ON A SERIES OF CONSTITUTIONAL AMENDMENTS
Following the 15 October 2008 presidential race in Azerbaijan that failed to
satisfy international standards of democracy and was marred by irregularities,
some leading members of the ruling Yeni Azerbaycan Party proposed a referendum
to amend Article 101, which currently states the president may only be elected
for two consecutive terms. The proposal on a series of constitutional
amendments, avoiding extensive public debates, was submitted shortly to
Azerbaijan’s Parliament, the Milli Mejlis.
The matter at point had been limited to broad discussions, even MPs from the
opposition barred from voicing remarks on the proposal(s). At a session the
Milli Mejlis through voting decided to submit to the country`s Constitutional
Court a draft Act on Referendum on “making amendments and supplements to the
Constitution of the Republic of Azerbaijan”.
The Constitutional Court, which is controlled by the government, decided that
the proposals provided for in the draft Act of referendum “can be put to a
nationwide referendum” to ask the public to approve amendments to 29 articles of
the constitution, thus violating Article 31 (1) of the constitution. The Milli
Mejlis, without discussing the very draft Act, decided to stage a referendum on
March 18, 2009.
Taking into consideration the facts that the referendum will serve interests of
the ruling Azeris unlike public interests, contribute to authoritarian
consolidation, vote on scrapping a two-term Presidential limit to extend
President's long grip on power, the mainstream opposition parties - Democratic
Party of Azerbaijan (DPA), Popular Front Party of Azerbaijan (PFPA), Liberal
Party, Musavat Party, Civil Development Party, Umid Party, as well as a variety
of NGOs decided to create the united group/movement For Karabakh and the
Republic and protested some of the amendments proposed.
The united opposition group and non-party analysts claim the conduct of such
referendum contradicts several articles of the Republic of Azerbaijan’s
Constitution, as well as the country’s commitments before international
development organizations. Since according to Article 156 of the Constitution of
the Azerbaijan Republic: “(1) Amendments to the Constitution of the Azerbaijan
Republic are taken in the form of Constitutional laws in the Parliament [Milli
Mejlis] of the Azerbaijan Republic, by majority of 95 votes; (2) Constitutional
laws on amendments to Constitution of the Azerbaijan Republic are put to the
vote in the Parliament [Milli Mejlis] of the Azerbaijan Republic twice. The
second voting shall be held 6 months after the first one.” Nevertheless, the
draft referendum proposes some amendments to the constitution. Article 158 of
the Constitution (Article 158 Limitations on initiative on introduction of
amendments to the Constitution of the Azerbaijan Republic) determines that
”There cannot be proposed the introduction of additions to the Constitution of
Azerbaijan Republic with respect to provisions envisaged in Chapter I of the
present Constitution.” However, the draft referendum proposes 4 amendments to
Chapter I of the present Constitution.
For Karabakh and the Republic have repeatedly appealed to the country`s
Constitutional Court and the Milli Mejlis not to approve a referendum that
contradicts articles of the Constitution of the Republic of Azerbaijan. But no
response has been given so far.
Authorities, failing to uphold its commitments to the Council of Europe, have
not asked the Venice Commission for opinion on constitutional amendments.
The Bureau of the Council of Europe Congress of Local and Regional Authorities
recently requested postponing the referendum on constitutional amendments in
Azerbaijan, pending the opinion of the Venice Commission on their conformity
with European democratic norms, particularly with the European Charter of Local
Self-Government. In its statement, the Bureau expressed concern on the the
proposed amendment to the article regarding governmental control of the
activities of municipalities, because of its possible inconsistency with certain
provisions of the European Charter of Local Self-Government.
The Venice Commission, the Council of Europe's advisory body on constitutional
matters, said some amendments may prove "a serious setback on Azerbaijan's road
to a consolidated democracy" as well as the elimination of presidential term
limits in Azerbaijan contradicts European practice.
The referendum was staged in a time when a normal democratic environment
enabling voters to freely express their will is absent, when the opposition
parties, local independent media outlets are exerted to persecution, pressure.
All the election commissions have been controlled by authorities, as was
formerly the case. Since the large majority of the commission members represent
the ruling Yeni Azerbaycan Party.
The Central Elections Commission (CEC) fabricated difficult, particular
procedures to create agitation groups, obstructed creation of the united
opposition agitation groups For Karabakh and the Republic and the Republicans.
Those who collected signatures for these agitation groups in the country’s
regions (such as in Sabirabad, Sumgait, Salyan, Neftchala, Zakatala, Hachmaz,
Jalilabad, etc) faced pressure and harassment, as well as jail terms. At that
date, two opposition campaigners involved in a fabricated criminal case, faced
illegal judgment. And persons who had mobilized support for registration of the
opposition agitation groups with their signatures also faced pressure and
threats.
Authorities managed to create 7 pro-YAP agitation groups through using
administrative resources and falsifications.
The principle of the right to equal agitation opportunities was violated. Most
of the local TV channels campaigned in favour of authorities and against the
Opposition throughout the referendum campaign.
Airtime for the agitation groups was only allowed on Public TV (ITV). Much
noteworthy is that the Central Elections Commission (CEC) allotted the agitation
groups 90 minutes of free airtime a week. So, the opposition groups could have
benefited 40 minute- airtime only during the campaign period.
Some TV channels even failed to announce the cost for pre-paid airtime, while
the cost of airtime announced by some TVs was high, far-out of Azerbaijan
standards.
Authorities impeded distribution of campaign posters. Since amendments to the
Election Code, under which campaign posters could be displayed only in
designated sites, diminished efficiency of spreading such materials, and posters
belonging to the agitation groups For Karabakh and the Republic and the
Republicans displayed in these designated sites were pulled off by police and
executive powers, and representatives distributing leaflets to citizens for
these agitation groups faced more police violence.
Authorities failed to create conditions to stage mass actions, meetings with the
voters; they unsanctioned Opposition’s appeals to rally in different places and
venues.
The complaint the agitation groups For Karabakh and the Republic and the
Republicans lodged against Baku Mayor’s Office due to illegal decisions on mass
actions was not considered within the date stipulated by Article 112 of the
Republic of Azerbaijan’s Election Code.
Local authorities hampered the opposition parties and NGOs united in the
movement For Karabakh and the Republic who had been asked for open-air places
for meetings with voters in Sumgait, Gence, Jalilabad, Lenkaran, Sabirabad,
Imishli and Sheki.
The great bulk of around 40 complaints submitted to the Central Elections
Commission (CEC) during the agitation campaign by For Karabakh and the Republic
and the Republicans remained unanswered unreasonably.
Despite the Election Code and international law, the administrative resource
involved in defending the ruling party’s stance to dominate debate during the
campaign period.
It turned out that a registered agitation group cannot appoint their
representative as a member with the voting right in the electoral commissions
during the campaign unlike the previous voting, thus depriving the opposition
representatives of mechanisms to control the process of voting on referendum
day.
Given the above-mentioned, the united agitation groups For Karabakh and the
Republic and the Republicans had urged to postpone the referendum on
constitutional amendments in Azerbaijan. Authorities also ignored a similar
request by Congress of Local and Regional Authorities of Europe.
REFERENDUM DAY
There have been numerous voting violations on Wednesday.
Local executives, election commissions most members of which represent the
ruling Yeni Azerbaycan Party have been the major initiators for irregularities
and fraudulent actions.
On election day, some TV stations have continued agitation campaign.
At some polling stations commissions did not count ballots and seal ballot-boxes
in the presence of observers.
Opposition observers were not allowed to visit, or faced pressure at some poling
stations.
No effective opportunities were created to observe the process; the observers
were not allowed to witness the process of counting the votes.
Concerned by the low turnout, representatives of local authorities used
‘roundabout’ technology at most polling stations.
The local officials organized busses and other vehicles to ferry voters from one
polling station to another so they could cast ballots twice and more.
Polling station chiefs and commission members involved in putting ballots in big
quantities into the ballot-boxes.
Citizens under 18, high school students were delivered to cast ballots.
Some people coming to the polling stations do not even live in the area
precincts, constituencies are located.
Most of the electoral commissions did not count the votes at all, but wrote the
pre-dictated figures into the protocols.
On election day, the agitation groups For Karabakh and the Republic and the
Republicans conducted joint observation, disseminated 12 press releases based on
reports by observers from about 1,000 electoral commissions.
Press releases have been posted at
www.isagambar.az.
CONCLUSIONS
The opposition parties and NGOs in the movement For Karabakh and the Republic
hereby announce that:
1) The 18 March referendum on constitutional amendments was staged in
contravention of some articles of the constitution of Azerbaijan;
2) Azerbaijan still lacks a normal democratic environment to conduct fair
and transparent voting despite all efforts by local NGOs and political
organizations, as well as international institutions towards implementing
political reforms to ensure democratic rights and freedoms in the country.
On the sidelines of the referendum,
- Independent media outlets still faced pressure and harassment;
- No appropirate legislative base was created to hold democratic referendum;
- The large majority of electoral commission members represented the ruling
party;
- No equal opportunities for agitation groups were created;
- Agitation and propaganda campaigns were more limited compared to the previous
election races.
On referendum day, election fraud and violations were observed at polling
stations.
Despite of illegal deliveries of voters, use of ‘roundabout’ technology at
almost all polling stations, voter turnout did not go beyond 15 percent, the
number of voters coming to polling stations was overstated by about 5 times.
3) The 18 March vote on a series of constitutional amendments was not
free and fair .
Civil Movement For Karabakh and the Republic and the Republicans, as well as
independent experts maintain that as voter turnout is below 15 percent, the vote
cannot be legitimated.
isagambar.az, 19th March 2009, Baku