İsa Qəmbər Arien De Volfla görüşüb
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ Milli
Demokratiya İnstitutunun Bakı təmsilçisi Arien De Volfla görüş keçirib. Görüş
zamanı tərəflər Azərbaycanda payızda keçiriləcək Bələdiyyə seçkiləri, Seçki
Məcəlləsində və bələdiyyələrlə əlaqədar qanunda zəruri dəyişikliklər haqqında
müzakirə aparılıb. Respublikada ictimai-siyasi vəziyyət, həbsdə olan gənc
bloggerlərin hüquqlarının müdafiəsi barədə də fikirlər söhbətin əsasını təşkil
edib.
Görüş zamanı həmçinin MDİ-nin perspektiv planları və Müsavat Partiyası ilə
əməkdaşlığın davamı barədə fikir mübadiləsi aparılıb.
isagambar.az, 19 avqust 2009-cu il, Bakı