AB Sədri Azərbaycan müxalifət təmsilçiləri
ilə görüşdü
İyulun 19-da Avropa Birliyi (AB) üçlüyünün Azərbaycana səfəri başlayıb.
Nümayəndə heyətinə Avropa Birliyinin hazırkı sədri, İsveçin xarici işlər naziri
Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter
Semnebi, Avropa Birliyi şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos,
Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer də daxildir.
İyulun 19-da axşam AB-nin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildt
başda olmaqla nümayəndə heyəti Azərbaycan müxalifət təmsilçiləri - Müsavat
partiyası başqani İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət,
ANİF prezidenti Eldar Namazovla görüşdü.
Görüşdə Azərbaycan-AB münasibərləri, o cümlədən Şərq Tərəfdaşlıq proqramı,
ölkəmizdə ictimai-siyasi vəziyyət və insan haqlarının durumu, siyasi məhbuslar,
vicdan məhbusu olan jurnalistlər və son günlərdə həbs olunmuş gənc bloqqerlər
barədə geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli və bir
sıra regional problemlər də diqqət mərkəzində olub.
AB nümayəndə heyəti iyulun 20-də, Azərbaycanın dövlət başçısı İlham Əliyev və
Xarici işlər naziri Elmar Məmmədyarov ilə ilə görüşlərdən sonra Ermənistana
gedəcək.
Nümayəndə heyətinin Cənubi Qafqaz səfəri iyulun 16-da Gürcüstandan başlayıb.
isagambar.az, 19 iyul 2009-cu il, Bakı