Çin Xalq Respublikasının
Azərbaycan Respublikasındakı səfiri, cənab Can Yann Yana
Hörmətli cənab səfir!
Sizin 05 iyul 2009-cu il tarixdə Çin Xalq Respublikası Urumçi Sincan-Uyqur
Muxtar bölgəsində baş vermiş hadisələrlə əlaqədar məktubunuzu aldım.
Məktubun Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyanlardan, Bakı
şəhərində ilk olaraq öz səfirliyini açan dövlətlərdən biri olan ÇXR-in
səfirliyindən göndərilməsinə baxmayaraq, Azərbaycanın dövlət dilində deyil, rus
dilində olması bizi təəccübləndirsə də, Çin Xalq Respublikası hökumətinin rəsmi
mövqeyini geniş əks etdirdiyinə görə Sizə təşəkkürümü bildirirəm.
Bununla yanaşı bildirmək istərdim ki, həmin hadisələrlə bağlı Müsavat
Partiyasının mövqeyi beynəlxalq birliyin, dünya KİV-lərinin yaydığı məlumatlar,
eyni zamanda internet məkanında olan çoxsaylı informasiyalara əsasən formalaşıb.
Öz tərəfimizdən Müsavat Partiyasının 05 iyul 2009-cu il tarixdə Çin Xalq
Respublikası Urumçi Sincan-Uyqur Muxtar rayonunda baş vermiş hadisələrlə
əlaqədar 14 iyul 2009-cu il tarixdə Çin Xalq Respublikasının Bakıdakı səfirliyi
qarşısında keçirdiyi piketinin qətnaməsini (1 səhifədə) böyük məmnuniyyətlə Sizə
göndərirəm.
Hörmətlə,
İsa Qəmbər
Müsavat Partiyasının Başqanı
isagambar.az, 20 iyul 2009-cu il, Bakı
