Emin Milli və Adnan Hacızadənin apellyasiya
şikayəti ilə bağlı bəyanat
İyulun 20-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində iki həftə öncə
zorakılığa məruz qalaraq həbs edilmiş Emin Milli və Adnan Hacızadənin
apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi qapalı keçirilən prosesdə
şikayəti təmin etməyib, Səbail məhkəməsinin gənclərin barəsində çıxardığı
qanunsuz həbs qərarını qüvvədə saxlayıb.
Apellyasiya məhkəməsinin bu qərarı Azərbaycanda müstəqil məhkəmə sisteminin
olmadığını, insan hüquqları durumunun acınacaqlı vəziyyətdə olduğunu bir daha
sübut edir. Apellyasiya Məhkəməsinin bu qərarı həmçinin onu göstərir ki, Emin
Milli və Adnan Hacızadənin həbs edilməsi Səbail məhkəməsinin səhv qərarı
nəticəsində deyil, hakimiyyətin sifarişi ilə həyata keçirilib.
Müsavat Partiyası təkidlə Emin Milli və Adnan Hacızadənin azad edilməsini,
onlara qarşı zorakılıq edən şəxslərin qanunun tələbləri çərçivəsində
cəzalandırılmasını tələb edir.
isagambar.az, 21 iyul 2009-cu il, Bakı