23 dekabr 2009-cu il
bələdiyyə seçkiləri
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı
PRESS-RELİZ №1
Saat 11:30
Göyçay şəhər bələdiyyəsinə seçki keçirilən məntəqələrdə 10 nəfər adamın
paltarını tez-tez dəyişdirərərək veb-kameralar quraşdırılan məntəqələrə aparıb
səs verilməsi təşkil edilib.
***
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasının müşahidəçisi
Qədir Nağıyev seçki günü saat 900-dək bu dairənin seçki məntəqələrinə
buraxılmayıb.
***
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 20 saylı seçki məntəqəsində saat
1000-dək cəmi 6 nəfər seçkiyə gəlib, saat 1000-da məntəqə seçki komissiyasının
üzvləri seçki qutusuna dəstə-dəstə bülleten doldurublar. Eyni pozuntu halı həmin
dairənin 22 saylı seçki məntəqəsində də baş verib.
***
33 saylı Xətai birinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində Müsavat
Partiyasının namizədi Qasımov Bəkir Bayandur oğlu seçki komissiyasının sədri
tərəfindən seçki məntəqəsinə buraxılmayıb. Komissiya sədri müxalifətdən bir
kimsəni məntəqəyə buraxmayacağını hamının qarşısında bəyan edib.
***
Qaraçuxur bələdiyyəsinə seçkilər keçirilən ərazidə yerləşən 105 saylı MİS-in
rəisi Abbas adlı şəxs “10 XX 470” dövlət nömrə-nişanlı “Mersedes” markalı
maşınla MİS işçilərini seçki məntəqələrinə aparmaqla “karusel” təşkil edib və bu
işə şəxsən özü rəhbərlik edir.
***
Müsavat Partiyasından qeydə alınmış namizəd Yusif Süleymanovun verdiyi məlumata
görə, 8 saylı Binəqədi birinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində
məntəqə ərazisində qeydiyyatda olmayan şəxsə seçki bülleteni verilib. Buna
etiraz edən namizədə mənəvi təzyiq edilib.
***
30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində və 31
saylı Suraxanı ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində Müsavat
Partiyasının səlahiyyətli nümayəndəsi Hökumə İbrahimliyə səsvermədə iştirak edən
şəxslərin siyahısı ilə tanış olmağa imkan verilməyib.
***
Hövsan bələdiyyəsindən müşahidəçinin verdiyi məlumata görə, seçki məntəqəsində
eyni adamlar dəfələrlə səs verir.
***
Binəqədi bələdiyyəsinin ərazisində fəaliyyət göstərən 102 saylı MİS-in 15
nəfərdən ibarət işçisi 8 saylı Binəqədi birinci seçki dairəsinin 16, 17, 18, 19,
20 və 21 saylı seçki məntəqələrində saat 1100-dək səsvermədə iştirak ediblər. Bu
dəstə fəaliyyətini hələ də davam etdirir.
PRESS-RELİZ №2
Saat 13:15
Xaçmaz rayonundan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Ramazan
Əliyevin verdiyi məlumata görə, rayon ərazisində olan bələdiyyələrdə saat
1200-dək seçicilərin iştirakı 5 faizdən azdır. Seçki komissiyalarına
məntəqələrdəki seçki qutularını doldurmaq tapşırığı verilib.
***
107 saylı Qazax seçki dairəsinin 10 saylı seçki məntəqəsində Müsavat
Partiyasından olan müşahidəçi Lətifət Məlikovanın verdiyi məlumata görə, o, bu
məntəqədə YAP tərəfindən təyin olunmuş müşahidəçinin əlində səsvermə
kabinəsindən çıxarkən bir neçə doldurulmuş seçki bülleteni tutub və bu faktı
komissiya sədrinə təqdim edib.
***
8 saylı Binəqədi birinci seçki dairəsinin 5 saylı seçki məntəqəsində adı seçici
siyahısında olmayan şəxsin sənədləri ilə tanış olmadan barmağına xüsusi maye
vurduqdan sonra səhv etdiklərini bildiriblər. Lakin buna baxmayaraq, daha bir
qanunsuzluq edərək, həmin şəxsə səs verməyə şərait yaradıblar.
***
Müsavat Partiyasından bələdiyyə üzvlüyünə namizəd Tarıverdi Hüseynovun verdiyi
məlumata görə, 61 saylı Neftçala seçki dairəsinin 3 saylı məktəbdə yerləşən 1
saylı seçki məntəqəsində, eləcə də 5 saylı seçki məntəqəsində bülletenləri
dəstə-dəstə qutulara doldururlar.
***
Müsavat Partiyasından bələdiyyə üzvlüyünə namizəd Fikrət Cəfərlinin verdiyi
məlumata görə, 98 saylı Şəmkir seçki dairəsinin 1 saylı məntəqəsində (İcra
Hakimiyyətinin binasının yanında) səsvrməyə gələn seçicilərə seçkiyə gəlməyin
mənasının olmadığı, protokolların dünəndən hazır olduğu bildirilir. Bütün
məntəqələrə yetərsayın 20 faizdən artıq olmaması barədə məlumat verilməsi
tapşırılıb.
***
Müsavat Partiyası Hacıqabul rayon təşkilatının sədri Z.Səmədbəylinin verdiyi
məlumata görə, 58 saylı Hacıqabul seçki dairəsinin 3, 4, 5, 6, 7, 8, 9, 10, 11
saylı seçki məntəqələrində bülletenləri dəstə-dəstə qutulara doldururlar.
***
Hövsan bələdiyyəsinə seçkilər keçirilən 30 saylı Suraxanı birinci seçki
dairəsinin 8 saylı seçki məntəqəsində saxtakarlığa etiraz edən, MSK tərəfindən
təyin edilmiş respublika üzrə müşahidəçi Afina xanım polis tərəfindən
saxlanılaraq Suraxanı rayonundakı 30 saylı polis bölməsinə aparılıb.
***
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Samir Abbaslının Göyçay rayonundan
verdiyi məlumata görə, 88 saylı Göyçay seçki dairəsindəki bələdiyyələrə
seçkilərdə əhalinin iştirakı çox aşağı səviyyədə olduğuna görə bir neçə seçki
məntəqəsi olan bələdiyyələrdə “karusel” metodundan açıq şəkildə istifadə olunub.
Veb-kamera qurulan məntəqələrdə isə “karusel” əməliyyatında bir qrup şəxs
paltarlarını dəyişərək iştirak ediblər.
PRESS-RELİZ №2
Saat 16:00
Qobustan bələdiyyəsinə namizədliyi qeydə alınmış Səxavət Soltanovun verdiyi
məlumata görə, o, 11 saylı Qaradağ seçki dairəsinin 8 saylı seçki məntəqəsində
səs vermək istəyərkən seçici siyahısında öz adının qarşısında başqa şəxs
tərəfindən imza qoyulduğunu aşkar edib. Seçki komissiyasının sədrinə bu işin
saxtakarlıq olduğunu bildirib. Seçki komissiyasının sədri isə ona “heç narahat
olma, səs-küy salma, onsuz da sənin adın bizə verilən yekun siyahıda yoxdur”
söyləyib.
***
8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi Binəqədi bələdiyyəsinə
qeydə alınmış Rauf Səlimov bildirib ki, bu dairənin 15 saylı seçki məntəqəsində
məcburi köçkünlər səs verməyə cəlb edilib. 14 saylı seçki məntəqəsində
seçicilərə 2 və daha artıq bülleten verilib. MİS-in işçilərinə ardıcıl olaraq 26
və 27 saylı seçki məntəqələrində səs verməyə şərait yaradılıb. YAP-ın
deputatları Hacı Madər Musayev və Eldar İbrahimov video kameraların müşayiəti
ilə bu dairənin seçki məntəqələrini gəzir və seçki komissiyalarının sədrləri ilə
söhbət edib, tapşırıqlarını verirlər. Onlar 27 saylı seçki məntəqəsində olarkən
məntəqə seçki komissiyasının işçiləri sənədləri yoxlamadan bir neçə şəxsə seçki
bülletenləri verərək onların səs verməsinə şərait yaradıb.
***
Tərtər bələdiyyəsinə namizədliyi qeydə alınmış Xəqani Məmmədin verdiyi məlumata
görə, Tərtər rayonu üzrə seçki keçirilən bütün bələdiyyələrdə icra
hakimiyyətinin təyin etdiyi nümayəndələr seçki məntəqələrinin ətrafına
toplaşaraq seçkiyə gələn insanlara “artıq seçki prosesi başa çatıb, sizin səs
vermənizə heç bir ehtiyac yoxdur, artıq seçilməli olan adamlar seçilib” deyərək,
onları seçki məntəqələrinə getməməyə təhrik edirlər.
***
Müsavat Partiyası Beyləqan rayon təşkilatının sədri Nadir Ələsgərlinin verdiyi
məlumata görə, bu rayonun bələdiyyələrinə keçirilən seçkilərdə günün ikinci
yarısından başlayaraq bir neçə öyrədilmiş adamlar tərəfindən seçki
bülletenlərinin seçki qutularına dəstə-dəstə doldurulması adi hal alıb.
Bülletenlərin doldurulması işini isə seçki komissiyasının üzvləri həyata
keçirir. Seçki məntəqəsində olmasına icazə verən heç bir sənədi olmayan şəxslər
seçki məntəqələrində seçki işinə rəhbərlik edirlər.
***
Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Mustafa Hacılının verdiyi
məlumata görə, Xətai bələdiyyəsinə keçirilən seçkilərdə istifadə olunan
“karusel”də yeni saxtakarlıq texnologiyası tətbiq olunur. Belə ki, “karusel”
prosesində iştirak edən şəxslər seçki bülletenlərində yalnız bir namizədə səs
verib seçki bülletenlərini seçki qutularına salırlar. Müsavat Partiyasından olan
namizədin belə şəxslərdən birinə “siz nə tez səsvermə prosesini başa
çatdırdınız” sualına cavab olaraq bildirilib ki, “bizə tapşırıq belə olub,
deyiblər ki, günün sonunda da sizə tapşırığımız olacaq”. Buradan aydın olur ki,
bu yolla seçki komissiyası seçicilərin sayını artırır. Seçki bülletenlərində
digər namizədlərə səs vermək işinin öhdəsindən özləri gələcəklər.
***
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Cahangir Əmirovun verdiyi məlumata
görə, Gəncə şəhərindəki bələdiyyələrə keçirilən seçkilərdə əhalinin iştirakı 1
faizdən yuxarı deyil. Lakin qabaqcadan büdcə təşkilatlarında işləyən bütün
şəxslərə bu gün iş yerində olmaq tapşırığı verilib ki, onlardan da “karusel”
əməliyyatını yerinə yetirməkdə istifadə edilir.
Seçki məntəqələrindən məlumatların toplanması davam edəcək.
isagambar.az, 23 dekabr 2009-cu il, Bakı