Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının
gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi
vəziyyətə dair məsələlərdən ibarət olub.
Partiyadaxili məsələ bölümündə Neftçala rayon təşkilatında keçirilmiş
hesabat-seçki konfransı haqqında məlumat verilib. Göyçay rayon təşkilatında
keçirilməsi nəzərdə tutulan hesabat-seçki konfransı barədə müzakirə aparılıb və
müvafiq qərarlar qəbul edilib.
“Seçki Məcəlləsinə” və “Bələdiyyələr haqqında” Qanuna əlavə və düzəlişlər
haqqında təkliflərin hazırlanması məqsədilə Qarabağ və Respublika Uğrunda
Vətəndaş Hərəkatı nəzdində yaradılmış işçi qrupunun fəaliyyəti haqqında məlumat
verilib və bu yöndə fikir mübadiləsi aparılıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədə korrupsiya və məmur
özbaşınalığı haqqında ciddi müzakirələr aparılıb. Qeyd olunub ki, vəziyyət
dözülməz həddə çatıb. Qərara alınıb ki, ayrılıqda hər bir insanın həyatına, eyni
zamanda Azərbaycanın maraqlarına və inkişafına ciddi neqativ təsir edən bu
məsələ haqqında Müsavat Partiyasının mövqeyini əks etdirən ətraflı sənəd
hazırlansın.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 24 avqust 2009-cu il, Bakı