Müsavat Partiyası Məclisinin q ə r a r ı
Müsavat Partiyasının Məclisi 2009-cu ilin dekabr ayında keçirilməsi nəzərdə
tutulan bələdiyyə seçkilərində partiyanın iştirakının məqsədəuyğun hesab
edilməsi barədə Müsavat Partiyası Məclisinin 02 may 2009-cu il tarixli qərarını
əsas götürərək;
Bələdiyyə seçkilərinə partiya strukturlarının hazırlığı barədə məsələləri
müzakirə edərək;
qərara alır:
1. 2009-cu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan Bələdiyyə
seçkilərində partiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi sahəsində
partiya strukturlarının səmərəli fəaliyyətini təşkil etmək məqsədi ilə müvafiq
tədbirlərin hazırlanıb həyata keçirilməsi Müsavat Partiyası Mərkəzi İcra
Aparatına və partiyanın Seçki Departamentinə həvalə edilsin.
2. Müsavat Partiyası Divanına Bələdiyyə seçkiləri zamanı Seçki
Məcəlləsindən və digər normativ aktlardan irəli gələn tələblərə uyğun olaraq
zəruri qərarların qəbul edilməsi səlahiyyəti verilsin.
3. Bələdiyyə seçkilərində real müxalifət qüvvələrinin geniş siyasi
koalisiyasının yaradılması istiqamətində səylər davam etdirilsin.
isagambar.az, 26 sentyabr 2009-cu il, Bakı