Müsavat Partiyası Məclisinin növbəti toplantısı

Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib.

Toplantıda yeni seçilmiş rayon təşkilatları sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq olunub.

Partiyanın 2010-cu il üçün fəaliyyət istiqamətləri müzakirə və qəbul edilib.

Bələdiyyə seçkilərinə hazırlıq, ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın vəzifələri müzakirə olunub.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu məsələlər ətrafında geniş nitq söyləyib (İsa Qəmbərin çıxışının mətni ilə sabah mətbuatda və www.isagambar.az saytında tanış ola bilərsiniz).

Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.
 
Müsavat Partiyasının Məclisi dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qərarlar qəbul edib.

Məclis Azərbaycan-Türkiyə münasibətləri və insan haqları sahəsində ölkədə yaranmış vəziyyətlə bağlı bəyanat qəbul edib (hər iki bəyanatın mətni ayrıca yayılacaq).

Sonda cari məsələlərə baxılıb.

***

25 sentyabr 2009-cu il tarixində “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatına daxil olan siyasi partiyalar tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müsavatçı millət vəkili Arzu Səmədbəyli tərəfindən Milli Məclisə təqdim edilib.

isagambar.az, 26 sentyabr 2009-cu il, Bakı