ATƏT
rəhbəri, səfir A. Bilge Cankorellə görüş
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya qərargahında Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri, səfir A.
Bilge Cankorellə görüşüb. Görüşdə ATƏT-lə Azərbaycan arasında olan
münasibətlərin canlandırılması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli
istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin artırılması, Azərbaycanda
demokratik və azad cəmiyyətin yaradılmasında ATƏT-in rolu mövzusunda müzakirələr
aparılıb.
Söhbət qarşılıqlı anlaşılma şəraitində keçib və tərəflər müzakirələri davam
etdirməyi məqsədə uyğun sayıblar.
isagambar.az, 29 may 2009-cu il, Bakı