MÜSAVAT
PARTİYASI MƏCLİSİNİN M. Ə. RƏSULZADƏNİN 125 İLLİYİ İLƏ BAĞLI BƏYANNAMƏSİ
Tariximizin ən görkəmli simalrından biri, Şərqdə ilk demokratik cumhuriyyətin
banisi,böyük mütəfəkkir M.Ə. Rəsulzadənin anadan olmasının 125 illiyi tamam
olur. Gənc yaşlarindan siyasi fəaliyyətə qoşulan bu böyük insan iti zəkasının,
tükənməz enerjisinin, gərgin siyasi fəaliyətinin hesabına qısa
müddətdəAzərbaycan istiqlalının arzudan ideyaya,daha conra isə reallığa
çevrilməsində misilsiz rol oynadı. Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətli
varlığı ərzində o dövrün ən demokratik cumhuriyyətlərinə örnək ola biləcək
ictimai-siyasi və hüquqi dəyişikliklərə imza atması ilə tariximizin şanli
səhifələrini yaratdı.
M.Ə. Rəsulzadə Azərbarycanda, həm də bütöv Şərqdə ilk demokratık firqənin
əsasını qoydu. Onun yaratdığı Müsavat Partiyası Azərbaycan istiqlalının memarı
olmuş ən çətin məqamlarda belə bu ideyanin yaddaşlardan silinməsinə imkan
verməmiş, onu bolşevik terroru, sovet təxribatlarından qoruyaraq müasir
nəsillərə ərməğan edə bilmişdir.
M.Ə. Rəsulzadənin yaratdığı müsavatçılıq ideologiyası özünün sistemliliyi,
elmiliyi və yüksək nəzəri səviyyəsi ilə milli məfkurəyə və dünyada gedən
ictimai-siyasi proseslərə inkişafının təsiri ilə həmişəyaşarlılığını,
müasirliyini dönö-dönə təsdiqlədi. Elə o səbəbdəndir ki, bu ideoloji sistem
milli ideologiyamızın cövhərini, Azərbaycandakı əksər siyasi partiyaların
proqram sənədlərinin bazasını təşkil edir.
Bu günlər M.Ə.Rəsulzadənin ideyaları əsasında bərpa olunmuş Cumhuriyyətimiz
quruluşu üçün təhlükə yarandığı bir məqamda bu dahi insanin ideya irsinin
aktuallığı, milli dövlət quruculuğu üçün əvəzedilməzliyi daha qabarıq surətdə
özünü biruzə verir. Müsavatçılıq idelogiyası ilə silahlanmış siyasi partiya və
təşkilatlar ölkədə sülalə rejiminin qurulmasına qarşı barişmaz mövqe
sərğiləməklə ölkədə demokratiya və dünyəvi rejim uğrunda mübarizələrini
cəsarətlə davam etdirirlər. Heç şübhə yoxdur ki, böyük Məmməm Əminin miras
qoyduğu ideyalar sonda qələbə çalacaqdir.
Ruhun şad olsun, böyük öndər!
isagambar.az, 31 yanvar 2009-cu il, Bakı