İsa Qəmbər Coanna Qansonla görüşüb
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ
səfirinin Siyasi məsələlər üzrə müşaviri Coanna Qansonla görüş keçirib. Görüşdə
qarşıdan gələn bələdiyyə seçkiləri haqqında fikir mübadiləsi aparılıb. Bundan
əlavə Azərbaycanda ictimai-siyasi vəziyyət, söz, mətbuat və sərbəst toplaşma
azadlığı, siyasi məhbusların, vicdan məhbuslarının, jurnalistlərin və gənc
bloggerlərin hazırkı durumu ətraflı müzakirə edilib.
isagambar.az, 31 iyul 2009-cu il, Bakı