Bakı İH yer ayırmaqdan faktiki olaraq
imtina edib
Müsavat Partiyasının başqanı İsa Qəmbərin mitinq və piket keçirilməsi üçün Bakı
şəhərində qanunauyğun müvafiq yerlərin ayrılması məqsədilə Bakı Şəhəri İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova 12 mart 2010-cu il tarixdə
ünvanladığı məktuba bu gün cavab verilib. Bakı Şəhəri İcra Hakimiyyəti
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq
azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq kütləvi
aksiyaların keçirilməsi üçün yer ayırmaqdan faktiki olaraq imtina edib. Yaxın
günlərdə həmin cavab məktubu ilə əlaqədar Müsavat Partiyasının şərhi mətbuatda
dərc olunacaq. Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının bərpasında
israrlıdır və bu istiqamətdə mübarizəsini davam etdirəcək.
isagambar.az, 01 aprel 2010-cu il, Bakı