Piter Semnebi ilə görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb.

Görüşdə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər, o cümlədən assosiativ üzvlüklə bağlı proses diqqət mərkəzində olub. Görüş zamanı həmçinin 2010-cu il parlament seçkiləri, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, o cümlədən, gənc bloggerlər və digər məsələlər barədə ətraflı fikir mübadilsəi aparılıb.

isagambar.az, 01 iyul 2010-cu il, Bakı