Növbəti toplantı

Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib.

Məclis əvvəlcə Binəqədi rayon təşkilatının yeni seçilmiş sədri Nemət Kərimlinin Məclis üzvü səlahiyyətlərini təsdiq etdi.

Tofiq Yaqublunun Müsavat Partiyası Başqanının müavini təyin edilməsi ilə əlaqədar onun yerinə Məclis katibi vəzifəsinə gizli səsvermə ilə Arifə Hüseynli seçildi.
Məclisdə boş qalmış yerlərə seçkilər keçirildi. Gizli səsvermənin nəticələrinə görə Başxanım Abbaslı, Dünyaxanım Vahab, Əhəd Məmmədli, Baha Mikayıl və İkram İsrafil Məclis üzvü seçildilər.

Dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı təkliflər paketini Duvan üzvü Qubad İbadoğlu təqdim etdi. Müzakirələrdən sonra əlavə və düzəlişlər nəzərə alınmaqla sənəd əsas kimi qəbul edildi.

2010-cu il parlament seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxış etdi. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi.

Ölkədəki ictimai-siyasi vəziyyətə dair partiya başqanı İsa Qəmbərin məruzəsi dinlənilib və bu yöndə müzakirələr aparılıb. Səslənmiş fikir və təkliflər nəzərə alınmaqla Məclis adından sənədin hazırlanması Divana həvalə edilib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 02 may 2010-cu il, Bakı