Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Partiya həyatının müxtəlif sahələrinə dair geniş müzakirələrin nəticəsində uyğun qərarlar qəbul edilmişdir.

Avqustun 31-də müxalifətin birgə keçirdiyi mitinqin uğurlu alındığı qeyd edilib. Divan bununla bağlı mitinq iştirakçılarına təşəkkür elan edib. Mitinq iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsi, xüsusən də onların qeyri-qanuni həbsi və zorla Qobustana aparılmaları haqqında prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət edilməsi məqsədəuyğun sayılıb. Növbəti aksiyalarla bağlı həm partiya daxilində, həm də digər partiyalarla müzakirələr nəzərdə tutulmuşdur.

Seçkilərə hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Bununla əlaqədar AXCP və DUİ ilə məsləhətləşmələrin davam etdirilməsi zəruri hesab edilmişdir.

Divan “Azadlıq” qəzetinin nəşrinə ciddi maneələr yaradılmasını qətiyyətlə pisləmiş və buna son qoyulmasını tələb etmişdir.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 02 avqust 2010-cu il, Bakı