NDI təmsilçisi ilə görüş

Bu gün Müsavat Partiyasının qərargahında partiyanın Başqanı İsa Qəmbər ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşüb.

Görüşün əvvəlində bu vəzifəyə yeni təyin olunmuş Aleks Qriqoryevs özü haqda məlumat verib. Sonra ölkəmizdə insan haqlarının və demokratiyanın durumu ilə bağlı müzakirə aparılıb. Görüşdə daha çox bu ilin noyabrında keçiriləcək parlament seçkiləri diqqət mərkəzində olub. Seçkilərin azad və ədalətli keçirilməsi üçün görülməli işlər haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda regionda və dünyada gedən proseslər dəyərləndirilib. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətləri haqqında razılığa gəliblər.

Görüşdə Müsavat Partiyası Başqanının müavini Tofiq Yaqublu iştirak edib.

isagambar.az, 03 fevral 2010-cu il, Bakı