Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Yığıncağın əvvəlində Məclisin ötən gün keçirilmiş toplantısı haqqında fikir
mübadiləsi aparılıb. Səslənmiş təkliflərin dəyərləndirilməsi və qəbul edilmiş
qərarların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə kütləvi aksiyalar əsas
müzakirə olunan məsələ olub. İlkin razılaşmaya görə, mayın 21-də mitinq
keçirilməsi qət edilib. Eyni zamanda birgə kütləvi aksiyalar keçirməsi yönündə
digər müxalifət partiyaları, ilk növbədə DUİ ilə məsləhətləşmələrin davam
etdirilməsi qərara alınıb.
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsinin ildönüm ilə
bağlı gənclərin keçirdikləri aksiyanın zorakılıqla dağıdılmasına kəskin etiraz
edilib və həbsdə olan müsavatçı və ADP-çi gənclərin dərhal azad olunması tələb
edilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 03 may 2010-cu il, Bakı