Müsavat Partiyasının bəyanatı
ABŞ-da çıxan nüfuzlu “Vaşinqton Post” qəzetində Azərbaycandakı korrupsiya ilə
bağlı geniş məqalə çap olunub. Məqalədə dövlət başçısı İlham Əliyevin adı ilə
bağlı bir sıra ciddi faktlar sadalanır. O cümlədən göstərilir ki, Dubayda 11
yaşlı Heydər Əliyevin adına 44 milyon ABŞ dolları dəyərində əmlak alınıb.
Müsavat Partiyası yazıda sadalanan konkret faktlar barədə ölkə ictimaiyyətinə
məlumat verilməsinin zəruriliyini nəzərə alaraq İlham Əliyevdən təcili olaraq bu
barədə hərtərəfli açıqlama ilə çıxış etməsini tələb edir.
isagambar.az, 05 mart 2010-cu il, Bakı