Alain Deletroz ilə görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Beynəlxalq Böhran Qrupunun vitse-prezidenti Alain Deletrozla görüşüb.
Tərəflər bir sıra regional məsələlər, xüsusilə Qarabağ münaqişəsi barədə mövqelərini bildiriblər. Görüşdə noyabrda keçiriəcək parlament seçkilərinin azad və ədalətli keçirilməsi problemləri, söz, mətbuat, sərbəst toplaşma azadlıqları, siyasi məhbuslar, o cümlədən Eynulla Fətullayev və bloggerlər haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan və Avropa strukturları arasında əməkdaşlıq məsələləri dəyərləndirilib.

Görüşdə həmçinin Beynəlxalq Böhran Qrupunun eksperti Təbib Hüseynov da iştirak edib.

isagambar.az, 06 iyul 2010-cu il, Bakı