Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Yığıncağın əvvəlində partiyanın başqanı İsa Qəmbər Avropa Birliyinin Cənubi
Qafqaz üzrə nümayəndəsi Piter Semnebi ilə görüşü haqqında məlumat verib.
Məlumatda görüş zamanı qarşıdan gələn parlament seçkiləri, demokratiya, ölkədəki
ictimai-siyasi vəziyyət, siyasi məhbuslar və Azərbaycan – Avropa Birliyi
münasibətləri və bir sıra regional məsələlər haqqında fikir mübadiləsi
aparıldığı qeyd edilib.
Partiyadaxili məsələ bölümündə Məclisin şənbə günü keçirilmiş yığıncağı haqqında
fikir mübadiləsi aparılıb və qəbul edilmiş qərarların icrası yönündə təkliflər
qəbul edilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Rusiya prezidenti D.
Medvedyevin İrəvana və Bakıya səfərlərindən sonra regionda yaranmış situasiya
haqqında müzakirələr davam etdirilib və Qarabağ münaqişəsinin həlli kontekstində
prosesləri diqqətdə saxlamaq zərurəti bir daha vurğulanıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 06 sentyabr 2010-cu il, Bakı