DUİ ilə məsləhətləşmələr
Bu gün aprelin 7-də Müsavat Partiyası ilə DUİ arasında məsləhətləşmələr davam
etdirilib. Görüş zamanı ölkədə ictimai-siyasi durum dəyərləndirilib. Azad və
ədalətli seçkilərin keçirilməsi məqsədi ilə seçki mühitinin
demokratikləşdirilməsi, sərbəst toplaşmaq, söz və media azadlığının təmin
olunması, seçki məsələsinin təkmilləşdirilməsi, seçki komissiyalarının bərabər
əsaslarla yenidən qurulması, ölkədə rüşvət və korrupsiyanın qarşısının alınması
istiqamətində fəaliyyətin uzlaşdırılması, o cümlədən birgə kütləvi aksiyalar
başlamaq barədə razılıq əldə olunub. Seçki ilə bağlı bir sıra məsələlər müzakirə
edilib, müvafiq qərarlar qəbul edilib.
isagambar.az, 07 aprel 2010-cu il, Bakı