Qabriel Keller ilə görüş
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında
Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşüb.
Görüşdə Azərbaycanın Avropaya inteqrasiyası, bir sıra regional problemlər,
Qarabağ münaqişəsi, 2010-cu il parlament seçkiləri, söz və mətbuat azadlığı,
sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, o cümlədən, gənc bloggerlər və
digər məsələlər barədə ətraflı fikir mübadilsəi aparılıb.
Görüşdə Fransa səfirliyinin birinci müşaviri Filip Vieber də iştirak edib.
isagambar.az, 08 iyul 2010-cu il, Bakı