Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsasən parlament seçkilərinə hazırlıq məsələsi müzakirə edilib. Ölkədəki son proseslər dəyərləndirilib və görüləcək işlər planlaşdırılıb.

Müsavat Partiyası ilə AXCP arasında gedən danışıqlar haqqında məlumat verilib. Seçkilərdə birgə iştirak yönündə müzakirələr aparılıb və növbəti danışıqlar üçün konkret təkliflər hazırlanıb.

Yığıncağın sonunda eks-prezident Əbülfəz Elçibəyin vəfatının 10-cu ildönümü ilə bağlı tədbirlər planı haqqında müzakirələr aparılıb və qərar qəbul edilib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 09 avqust 2010-cu il, Bakı