İsa Qəmbərin AŞPA həmməruzəçiləri ilə görüşü

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrexlə görüşüb. Görüş zamanı diqqət mərkəzində olan əsas mövzu bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri olub. Görüşdə həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığı, həbsdə olan jurnalistlər və bloggerlərin durumu ətrafında geniş fikir mübadiləsi aparılıb.

isagambar.az, 10 fevral 2010-cu il, Bakı