Brigit Buşe və Ceymi Smitlə görüş
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın mərkəzi
qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşavirləri
xanım Brigit Buşe və Ceymi Smitlə görüşüb. Görüşdə ölkədə seçkiqabağı vəziyyət,
demokratiya və insan haqları ilə bağlı məsələlər, o cümlədən siyasi məhbus
problemi və həbsdə olan blogerlər haqqında və qarşıdan gələn parlament
seçkilərində demokratik qüvvələrin əməkdaşlıq perspektivləri barəsində müzakirə
aparılıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan konfliktinin həlli və bəzi digər regional
problemlər barədə fikir mübadiləsi aparılıb.
isagambar.az, 10 avqust 2010-cu il, Bakı