Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Yığıncağın əvvəlində Bələdiyyə seçkilərinin yekunları müzakirə edilmiş və
partiyanın yekun rəyinin hazırlanması ilə bağlı tövsiyyə və tapşırıqlar
verilmişdir.
Partiyadaxili məsələ bölümündə Məclisin 16 yanvar 2010-cu il tarixdə keçiriləcək
sessiyasına hazırlıqla bağlı məlumat verilib. Sessiyanın gündəlik layihəsinə
təkliflər verilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə bu ilin sonunda keçiriləcək
Parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb və partiyanın müvafiq
strukturlarına zəruri tapşırıqlar verilib.
Naxçıvanın Bənənyar kəndində baş vermiş hadisələr, gənc bloggerlərin
məhkəməsinin təxirə salınması, vicdan məhbusu Eynulla Fətullayevin işinin Avropa
İnsan Haqları Məhkəməsində baxlıması ərəfəsində narkotiklə şərlənməsi və qrant
almış QHT-lərin fəaliyyətinə başlamaq üçün yeni inzibati maneələr yaradılmasına
münasibət bildirilərək bəyanat qəbul edilib
(bəyanatın mətni əlavə olunur).
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin ən önəmli səhifələrindən
olan 20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə bağlı 19 yanvar 2010-cu il
tarixində, saat 15: 00-da partiya qərargahında Şəhidlərin anım mərasimi
keçiriləcək. Yanvarın 20-də isə saat 14: 00-da Şəhidlər Xiyabanının ziyarət
edilməsi qərara alınıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 11 yanvar 2010-cu il, Bakı