Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Gündəliyin partiyadaxili məsələ bölümündə partiyanın Mərkəzi İcra Aparatının
rəhbəri Arif Hacılının rayon təşkilatlarının vəziyyətinə dair məlumatı
dinlənilib. Məlumat partiyanın parlament seçkilərinə hazırlığı kontekstində
dəyərləndirilərək, konkret tapşırıqlar verilib.
Demokratiya Uğrunda İttifaqın parlament seçkiləri mövzusu ilə bağlı
məsləhətləşmələrə başlanılması təklifi müzakirə edilib və Divan bu təklifi qəbul
etmək barədə qərar qəbul edib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 15 fevral 2010-cu il, Bakı