Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Əvvəlcə Məclisin şənbə günü keçirilmiş yığıncağının yekunları ilə bağlı
müzakirələr aparılıb. Məclisin yüksək səviyyədə keçdiyi, önəmli qərarlar verdiyi
qeyd olunub.
20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə bağlı tədbirlər müzakirə edilib. Bu
məqsədlə 19 yanvar 2010-cu il tarixdə, saat 15: 00-da partiyanın qərargahında
keçiriləcək anım mərasiminə hazırlıq işlərinin tamamlandığı qeyd edilib.
Yanvarın 20-də, saat 14: 00-da Şəhidlər Xiyabanının ziyarət ediləcəyi bir daha
xatırladılıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Ukraynada keçirilmiş
prezident seçkiləri haqqında müzakirə aparılıb. Qeyd edilib ki, bu ölkədə azad
və ədalətli seçkilərin keçirilməsi dinc inqilab yolu ilə formalaşmış Viktor
Yuşşenko hakimiyyətinin Ukrayna xalqının iradəsinə hörmət, demokratiyanın
inkişafına xidmət sayılmalıdır.
Divan Haiti respublikasında baş vermiş dəhşətli zəlzələnin böyük faciə olduğunu
qeyd edib və bütün dünyanı bu ölkəyə yardımı intensivləşdirməyə çağırıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 18 yanvar 2010-cu il, Bakı