“AXCP-Müsavat” siyasi partiyalar blokunun Eynulla
Fətullayevə və onun aclıq aksiyasına qoşulmuş jurnalistlərə dəstək
b ə y a n a t ı
Demokratiya, insan haqları kimi dəyərləri ayaqlar altına atan Azərbaycan
iqtidarı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri də
yerinə yetirməkdən boyun qaçırır. Azad sözə düşmən kəsilən rejim jurnalistlərə
qarşı düşmən siyasətini də davam etdirir. “Gündəlik Azərbaycan” və Realnıy
Azerbaydjan” qəzetlərinin baş redaktoru, saxta ittihamlarla həbsdə saxlanılan
Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin jurnalistin dərhal azadlığa
buraxılması barədə qərarını yerinə yetirmək istəmir. Böyük Palatada müraciətinə
baxan Avropa Məhkəməsi qərarı qüvvədə saxlayıb və baş redaktorun dərhal həbsdən
azad edilməsini tələb edib.
Azərbaycan hakimiyyətinin qərarı hələ də icra etməməyinə etiraz edən Eynulla
Fətullayev aclıq aksiyasına başlayıb. Həmkarları da ona dəstək olaraq aclıq
aksiyasına qoşulublar.
Biz, “AXCP-Müsavat” siyasi partiyalar bloku olaraq bu haqq işində jurnalistlərin
yanında olduğumuzu bildirir, eyni zamanda Azərbaycan hakimiyyətindən beynəlxalq
öhdəlikləri yerinə yetirməyi, Eynulla Fətullayevin dərhal azadlığa
buraxılmasının tələb edirik.
isagambar.az, 21 oktyabr 2010-cu il, Bakı