Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda
parlament seçkilərindən sonra yaranmış vəziyyət və partiyanın vəzifələri
müzakirə olunub.
MSK-nın son iclası (22 noyabr) haqda məlumat dinlənilib. Qeyd olunub ki,
yuxarıların göstərişi ilə tələm-tələsik seçkilərin yekun protokolu müzakirəyə
çıxarılıb və 1 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla təsdiq edilib. Divan
saxtakarlıqla keçirilmiş seçkilərin nəticələrini ciddi araşdırmadan təsdiq
etməsini qətiyyətlə pisləyib və onun nəticələrinin tanınmasının qeyri-mümkün
olduğunu bəyan edib.
Toplantıda yaxın dövr üçün partiyanın fəaliyyət proqramının hazırlanması ilə
bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 22 noyabr 2010-cu il, Bakı