Nikolya Kaçorovski ilə görüş

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun seçki departamentinin rəhbəri Nikolya Kaçorovski ilə görüşüb.

Görüşdə ATƏT-in 2010-cu il parlament seçkiləri üçün nəzərdə tutulan müşahidə missiyasının perspektivləri, seçki ərəfəsində yaranmış vəziyyət, söz və mətbuat azadlığı, iqtidarın sərbəst toplaşmaq azadlığı məsələsində konstitusiya tələblərinə əməl etməməsi, siyasi məhbuslar məsələsinin həll edilməməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə ATƏT-in DİHB-nın baş məsləhətçisi Conatan Stonestri və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da iştirak edib.

isagambar.az, 23 iyun 2010-cu il, Bakı