İSA QƏMBƏR AD GÜNÜNDƏ ÖZ BLOQUNU TƏQDİM ETDİ
Müsavat Partiyasının başqanı İsa Qəmbər özünə bloq yaradıb. Fevralın 24-də,
öz ad günündə oxuculara təqdim etdiyi bu bloqda “Özüm haqqında”, “Videolarım”,
“Qeydlərim”, “Müsahibələrim”, “Çıxışlarım” kimi bölümlər var.
Bloqun açılışını “Video-söhbət/İlk söz” başlıqlı 9 dəqiqəlik videoçarxla
gerçəkləşdirən İ.Qəmbər “Media forum” saytına açıqlamasında belə deyib: “Əslində
mən bunu daha çox video-bloq kimi düşünürəm, əsas ideya budur. Böyük yola kiçik
addımlarla başlamışıq, görək necə olacaq”.
İsa Qəmbər 1957-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix
fakültəsini bitirib. 1979-82-ci illərdə Milli Elmlər Akademiyasının Naxçıvan Elm
Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində
çalışıb.
Fəal siyasətə 1988-ci ildən qoşulub. Milli azadlıq hərakatının liderlərindən
biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 18-ci ildir Müsavat
Partiyasına başqanlıq edir.
«Media forum», 24 fevral 2010-cu il, Bakı
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100224065441880