“AXCP–Müsavat” siyasi partiyalar blokunun
B Ü L L E T E N İ
Oktyabr ayının 27-də “AXCP-Müsavat” siyasi partiyalar blokunun
rəhbərliyuinin görüsü olub.Görüşdə seçki kampaniyasının gedişi,növbəti müddətdə
görüləcək işlər və blokun vahid namizədi olmayan dairələrdə digər namizədlərin
bloka daxil olan partiyalar tərəfindən müdafiə olunması imkanları müzakirə
edilib.
Azərbaycan Xalq Cəbhəsi və Musavat partiyalarının üzvü olan və blokun vahid
namizədi olmayan daha 4 deputatlığa namizədin - 11 saylı Qaradağ seçki
dairəsində Tahir Xanəliyevin, 20 sayli Nərimanov ikinci seçki dairəsində Qubad
Bayramovun (İbadoğlu), 72 saylı Yardımlı-Masallı seçki dairəsində Elşad
Paşasoyun, 108 saylı Ağstafa seçki dairəsində Başxanım Abbasovanın
namizədliklərinin blok tərəfindən müdafiə olunması qərara alınıb.
Bloka daxil olan partiyaların təmsil olunmadığı 16 saylı Yasamal ikinci seçki
dairəsində Erkin Qədirlinin, 22 saylı Nəsimi ikinci seçki dairəsində Pənah
Hüseynin, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində Rəis Rəsulovun (Rəsulzadə),
45 saylı Abşeron seçki dairəsində Əlövsət Əliyevin, 60 saylı seçki dairəsində
Ədalət Yusubovun, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində İsmayıl
Yusifovun, 119 saylı Ağdam kənd seçki dairəsində Asif Məmmədovun (Mərzili)
namizədliklərinin də blok tərəfindən müdafiə edilməsi qərara alınıb.
AXCP-Müsavat” siyasi partiyalar bloku öz namizədlərinin qeydə alınmadığı
dairələrdə digər namizədlərin müdafiə olunması barədə müraciət və təkliflərin
baxılmasına davam edəcək.
isagambar.az, 27 oktyabr 2010-cu il, Bakı