Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda MSK üzvü Gülağa Aslanlının həmin qurumdakı fəaliyyəti, MSK-da və Konstitusiya Məhkəməsində nitqləri yüksək qiymətləndirilib və ona təşəkkür elan edilib. Divanda həmçinin bir sıra partiyadaxili məsələlər, müxalifətdaxili siyasi inteqrasiya məsələləri, eləcə də seçkidən sonrakı yaranmış vəziyyət ətraflı müzakirə edilib. Bu kontekstdə müxalifətin siyasi inteqrasiyasının müxtəlif variantları üzərində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, deputatlığa namizədlərin iştirakı ilə 23 noyabrda keçirilmiş forumda, müxtəlif toplantılarda və mətbuatda demokratik qüvvələrin ineqrasiyası ilə bağlı irəli sürülmüş təkliflərin müzakirəsində partiyanın aktiv iştirak etməsi məqsədəuyğun sayılsın.

Divan təəssüflə bildirir ki, İbrahim İbrahimli partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbər isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefa vermişdir.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 29 noyabr 2010-cu il, Bakı