Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

Partiyadaxili məsələ bölümündə əsas müzakirə olunan məsələ Məclisin növbəti sessiyasının vaxtı və iclasın gündəliyi ilə bağlı aparılıb. Aparılan fikir mübadiləsindən Məclisin növbəti sessiyasını 04 sentyabr 2010-cu il tarixində saat 11:00-da çağrmaq haqqında razılığa gəlinib. Gündəliklə bağlı irəli sürülmüş təkliflər nəzərə alınıb.
Daha sonra parlament seçkilərində müxalifətin birgə iştirakı çərçivəsində dairələr üzrə vahid namizədlərin müəyyənləşdirilməsi yönündə müzakirələr davam etdirilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə məlumat verilib ki, məhkəmələrdə hüquqları pozulmuş 10-dək vətəndaş partiya başqanı ilə görüşərək ondan yardım istəyiblər. Müsavat Partiyası həmin qadınlara üzləşdikləri haqsızlıqlarla bağlı mətbuat konfransı keçirməyə imkan yaradacağını və onlara siyasi dəstək verəcəyini bildirib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 30 avqust 2010-cu il, Bakı