Müsavat Partiyasının başqanı İsa Qəmbər 18
Oktyabr – Milli Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun
ömür can sağlığı arzulayıram.
Düz 20 il bundan əvvəl, oktyabrın 18-də parlament tərəfindən “Müstəqlllik
Haqqında Konstitusiya Aktı”nın qəbul olunması ölkəmizin ərazi bütövlüyü və
müstəqilliyi uğrunda apardığımız mübarizənin yekunu və tariximizin şərəfli bir
səhifəsidir. Ölkəmiz bolşevik istilası nəticəsində 1920-ci ildə itirdiyi
müstəqilliyinə əsrin sonunda yenidən qovuşdu, 1918-20-ci illərdə böyük öndər M.
Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
siyasi və hüquqi varisi olan yeni müstəqil dövlət quruldu. Həmin vaxt xalq
hərəkatının lideri Ə. Elçibəyin rəhbərliyi altında hakimiyyətə gəlmiş demokratik
qüvvələr az müddət ərzində geniş siyasi, hüquqi və iqtisadi islahatlara başladı,
xalq cümhuriyyətinin yarrmçlq ideallarını həyata keçirməyi özünün əsas fəaliyyət
istiqamətinə çevirdi.
Lakin 1993-cü ildə keçmiş kommunistlər qiyam yolu ilə yenidən hakimiyyətə
yiyələndi və ölkənin inkişaf istiqamətlərini başqa tərəfə yönəltilər. Ölkədə
demokratiya, azad vətəndaş cəmiyyəti qurulması əvəzinə avtoritar idarəçilik
metodları tətbiq olunmağa başladı. Bu gün biz faktiki olaraq səriştəsiz
idarəçiliyin ağır fəsadlarını yaşayırıq. Total korrupsiya cəmiyyətin bütün
sahələrinə dərindən nüfuz eləyib, ölkə həm siyasi həm də sosial-iqtisadi böhran
içindədir. Bir qrup adamın hədsiz varlanması müqabilində xalqın böyük hissəsi
aclıq və səfalət içində yaşayır.
Belə siyasət həm də cəmiyyətdə böyük mənəvi düşgünlük yaradıb. Bütün müsbət
dəyərlər sistemi alt-üst olub. İnsan hüquqları, söz, mətbuat azadlığı hər
addımbaşı pozulur və ölkəmizin adı nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında çox pis hallandırılır. Vaxtilə Azərbaycanın müstəqilliyi əleyhinə
çıxan insanlar “İstiqlal” ordeni ilə, digər yüksək dövlət mükafatları ilə təltif
olunur, bütün ömrünü müstəqillik uğrunda mücadiləyə həsr etmiş fəallar isə təqib
edilir, repressiyaya məruz qalırlar. Bu gün hətta Müstəqillik Haqqında
Konstitusiya Aktına imza atmış Arif Hacılı da uydurma ittihamlarla həbsxanaya
atılıb. Bu gün Azərbaycan həbsxanalarında ölkədə demokratiyanın və siyasi
azadlıqların bərpa olunması üçün mübarizə aparan onlarla həmvətənimiz var.
Onların arasında saxta ittihamlarla həbs olunmuş və ədalətsiz məhkəmə qərarları
ilə həbsə salınmış xeyli gənc var. Bu gənclərin yeganə günahı məhz azad bir
cəmiyyət qurmaq və belə bir cəmiyyətdə yaşamaq arzularıdır.
Lakin bütün bunlara baxmayaraq Müstəqilliymizin əldə edilməsi xalqımızın
tarixində çox böyük bir hadisə idi. Bu, müstəqillik mücadiləsində iştirak edən
yüz minlərlə insanın apardığı çox ağır və fədakar mübarizənin təntənəsi idi.
Ölkəmizi müstəmləkəçilikdən qurtaran, onu müstəqil bir dövlətə çevirən xalq
burada azad, demokratik bir vətəndaş cəmiyyətini qurmağa da nail olacaq. Həm də
bu, çox yaxın tariximizdə baş verəcək.
Hörmətli həmvətənlər!
Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik,
uğurlar və fəal vətəndaşlıq mövqeyi arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun!”
isagambar.az, 17 oktyabr 2011-ci il, Bakı