İsa
Qémbér: "Mén Azérbaycan nümayéndé heyétinin féaliyyétindén bütövlükdé
razı qaldım".
"BİZ
ONLARI İNANDIRDIQ Kİ, DÜŞMÉN DÖVLÉTLÉR ARASINDA İQTİSADİ
ÉMÉKDAŞLIQ MÜMKÜN DEYİL"
Xébér
verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qémbér
bir héftélik xarici séférdén sonra Bakıya dönüb. Almaniyanın
hakim Sosial-Demokrat Partiyasına bağlı Fridrix Ebert fondunun dévéti
ilé bu ölkédé olan Müsavat başqanı "Cénubi Qafqaz problemlér
regionu kimi vé bu regionun Avropa ilé sabitlik paktı mümkündürmü"
mövzusunda keçirilén konfransda iştirak edib. Dekabrın 3-dé
Demkonqresin İdaré heyétinin toplantısından sonrakı
brifinqdé İsa béy séférlé bağlı da jurnalistléri bilgiléndirdi.
Onun sözlériné göré, Azérbaycandan, Gürcüstandan vé Erménistandan böyük
heyétlérin iştirak etdiyi konfransda regiona qonşu dövlétlérdén
- Rusiyadan, İrandan vé Türkiyédén dé dévétlilér qatılıb.
İsa béy müzakirélérin kifayét qédér intensiv vé maraqlı keçdiyini,
Erménistan-Azérbaycan konfliktinin konfransın ésas mövzularından
biri olduğunu vurğuladı: "Konfrans hémin mövzu ilé açıldı.
Birinci çıxışı da proqram üzré mén etméliydim. Mén çıxış
etdim, digér témsilçilérin çıxışlarından sonra isé
diskussiya başladı. Konfransın gedişindé dé proqram üzré
résmi çıxışçılar öz nitqlérini edéndén sonra
diskussiyalar aparmaq mümkün idi. Biz dé bu diskussiyada iştirak etdik.
Azérbaycan nümayéndé heyétinin féaliyyétindén bütövlükdé razı
qaldım. hém Azérbaycandan, hém Gürcüstandan, hém Erménistandan geniş
spektr dévét olunmuşdu, Azérbaycan nümayéndé heyéti öz vézifésinin
öhdésindén géldi".

Müsavat
başqanı hakimiyyéti témsil edén Prezident Aparatının nümayéndési
Rüstém Mémmédovun vé Xarici İşlér Hazirliyinin nümayéndési
İlqar Mémmédovun Azérbaycanın ümumi mövqeyini dé, hakimiyyétin
mövqeyini dé kifayét qédér normal téqdim edé bildiklérini dedi: "Müxalifét
nümayéndéléri olaraq bizim mövqeyimiz sizé mélumdur. Kifayét qédér aydın
şékildé mövqeyimizi téqdim etdik. Eyni zamanda bilirsiniz ki, qeyri-hökumét
téşkilatlarında xalq diplomatiyası ilé bağlı proseslér
gedir. Onlar da öz funksiyalarını yeriné yetirdilér. Tébii ki, müéyyén
sülhpérvér çıxışlar da oldu".
İsa
béy hém Hazim İmanovun, hém Leyla Yunusun mövqeyini béyéndiyini söylédi:
"Onlar Azérbaycanın mövqeyini kifayét qédér sért vé korrekt
şékildé ortaya qoydular".

Arzu
Abdullayevanın sülhpérvér çıxış etdiyini söyléyén Müsavat
başqanı bunun ziyanı olmadığını dedi: "héré
öz funksiyasını yeriné yetirmélidir. Arzu xanım da öz
funksiyasını yeriné yetirdi".
Konfransda
Dağlıq Qarabağın azérbaycanlı icmasının nümayéndéléri
dé iştirak ediblér. İsa béy Azérbaycan téréfindén Vaqif hüseynovun
Şuşa İcra hakimiyyétini, jurnalist Kérim Kérimlinin isé
Qarabağ camaatını, qaçqınları témsil etdiyini
bildirdi: "Onlar da yaxşı çıxış etdilér. Vaqif müéllim
dé, Kérim Kérimli dé kifayét qédér sért mövqelér ortaya qoydu. Kérim
béy lazım géldikcé erméni téréfinin çıxışlarına
arqumentli, faktlı cavablar verdi. Mén bütövlükdé Azérbaycan nümayéndé
heyétinin iştirakından razı qaldım".
Daha
sonra İsa béy Almaniyanın konfliktin héllindé tutduğu mövqe
ilé jurnalistléri tanış etdi: "Almaniya téréfi féallaşma
mérhélésini yaşayır. Ümumiyyétlé, Almaniyanın şérqi
ilé qérbi birléşéndén sonra istér Avropa, istér dünya siyasétindé
bu dövlétin çékisi xeyli artıb. 11 sentyabr hadisélérindén sonra isé
Almaniyanın dünya proseslérindé daha féal iştirakı gündéliyé
gélib vé bu proses gedir. İkinci dünya müharibésindén sonra Almaniyanın
yenidén dünya proseslérindé tam hüquqlu iştirakçıya çevrilmési
prosesi tamamlanıb. Bu da bütövlükdé müsbét hadisédir. Bu konfransda
da alman téréfi téşébbüsü Qafqaz xalqlarına vermişdi.
Almaniya özü hansısa héll yolunu bizé sırımaq niyyétindé
deyil. Ancaq eyni zamanda Avropanın bir hissési olaraq Almaniya problemin
héllini inteqrasiyada görür. Bizi dé inandırmağa çalışırdılar
ki, Qafqazda inteqrasiyanın getmési, Azérbaycan vé Erménistan arasında
iqtisadi inteqrasiyanın gerçékléşmési konfliktlérin hélliné gétirib
çıxara bilér. Bizim nümayéndé heyéti kifayét qédér arqumentli
şékildé bunun mümkünsüzlüyünü bildirdi. İstér Rüstém Mémmédov,
istér Hazim İmanov, istérsé dé digérlérimiz açıq şékildé
bildirdik ki, dünya tarixindé belé hal görünméyib. Belé bir hal olmayıb
ki, iki dövlét bir-biri ilé düşmén olsun, biri o birinin torpaqlarını
işğal etsin, eyni zamanda onların arasında iqtisadi émékdaşlıq
olsun. Bu, dünya tarixindé yoxdur. Açıq dedik ki, belé fakt göstérin,
biz dé sizin tékliflériniz étrafında düşünék. Biz onları
inandırdıq vé etiraf etméli oldular ki, belé fakt bilmirlér".
Müsavat
başqanının sözlériné göré, bundan sonra gerçékçi mövqedén
çıxış edénlér dé olub: "Almaniyanın Azérbaycandakı
séfiri inteqrasiya méséléléri ilé yanaşı, Qafqaz dövlétlérinin
hér birinin, xüsusén dé Azérbaycanın öz potensialı olduğunu
vurğuladı vé qeyd etdi ki, bu dövlétlérin özünün dé iqtisadi
inkişafı konfliktlérin hélli üçün élverişli zémin yarada
bilér. Onun mövqeyi bizim mövqeyimizé daha yaxın mövqe kimi sésléndi".
Könül
ŞAMİLQIZI