MÜSAVAT
PARTİYASININ BAŞQANI İSA QÉMBÉRİN DÖVLÉT RADİOSU
İLÉ ÇIXIŞININ TAM MÉTNİ
Sabahınız
xeyir, hörmétli dinléyicilér!
Éziz
qardaşlarım vé bacılarım! Növbéti défé sizinlé söhbét
etmék imkanına malikik vé taleyin hökmüylé, hém dé MSK-nın püşkünün
néticésindé XX ésrdé kommunist
partiyası ilé Müsavat Partiyasının mübarizési davam etdiyi
kimi, hér beşinci gün dé évvél kommunistlér, sonra da Müsavat
Partiyasının başqanı sizinlé söhbét etmék imkanına
malik olur. Azérbaycanda XX ésr boyu kommunist ideologiyası ilé
müsavatçılıq ideologiyası arasında mübarizé
gedib. Müsavatçılıq Azérbaycan xalqının içindén gélén,
daxilindén gélén, daxili télébatı ilé, milli télébatı ilé
yaranan ideologiyadır vé bu ideologiya ésr boyu Azérbaycan xalqının
istéklérindén, arzularından, niyyétlérindén güc alıb. Xaricdén,
kénardan gélén, Azérbaycan xalqına sırınan
kommunist ideologiyası isé bu ésr boyu xalqımızın
başına oyunlar açıb. Görünür, bu mübarizé yené dé davam
edir. Mén hér défé öz-özümé deyirém
ki, Ramiz müéllimin çıxışlarına éhémiyyét verméyim,
çünki mén défélérlé demişém ki, Müsavat Partiyasının bu
seçkilérdé bir réqibi var.Bizim réqibimiz yalnız h.Éliyev hakimiyyétidir,
h.Éliyevin réhbérlik etdiyi YAP-dır. Biz né kommunistléré, né dé
ki, seçkilérdé iştirak edén digér partiyalara réqib kimi baxmırıq.
Ancaq Ramiz müéllim yené dé, ténqidi hissédé héqiqéti desé dé, ölkédé
yaranmış véziyyétlé bağlı bir çox héqiqétléri ortaya
qoysa da, bu ağır véziyyétin
sébéblérini izah etmékdé hémişéki
kimi, kommunistlérin hémişé yalan söylédikléri kimi, bu défé dé yalan
izahlar verir vé eyni zamanda, heç bir çıxış yolu téklif
etmir. Méné elé gélir ki, bizim qiymétli vaxtımızı
kommunistéléré sérf etméyé ehtiyac
yoxdur. Çünki h.Éliyevin bu 7 il érzindé Azérbaycan xalqına etdiyi
bir yaxşılıq olubsa, o da bundan ibarétdir ki, xalq kommunistlérdén
bu xalqa heç bir fayda olmayacağını başa
düşüb. Çünki h.Éliyevin
özünün etiraf etdiyi kimi, 1 nömréli kommunist o özü olub. Égér ölkénin
bir nömréli kommunisti 7 il érzindé Azérbaycanın heç bir problemini héll
edé bilméyibsé,
kommunistlérin digér nümayéndélériné inanmaq, etimad göstérmék sadélövhlük
olardı vé Azérbaycan üçün yeni félakétlérin, yeni bélaların
başlanğıcı olardı.
Bilirsiniz ki, Müsavat
Partiyası çox geniş seçki
kampaniyası aparır, son vaxtlarda rayonlara çıxmaq, camaatımızla
görüşmék imkanımız olub. Bu günlérdé mén Bakıda, Géncédé,
Şékidé, Zaqatalada, İmişlidé
çox geniş görüşlér keçirmişém. Bu görüşlérdé minlérlé
véténdaşımız,
qardaşlarımız, bacılarımız iştirak edib. Müxtélif
rayonlarda, Oğuzda, Qébélédé, İsmayıllıda, Sabirabadda
camaatla görüşlérimiz, söhbétlérimiz olub. Éhalinin müxtélif
kateqoriyaları ilé görüşdükcé mén sözün açığı
bir daha xalqımıza valeh oluram. Bu qédér çétinliklérin, bu qédér
problemlérin içindé yaşayan xalqda mén yené dé vüqar, mérdlik, métanét,
qonaqpérvérlik görürém. Yené dé mén xalqda ümid, inam görürém vé
inanıram ki, Azérbaycanın problemlérini héll etmék mümkündür,
Azérbaycanı bu bélaların içindén çıxarmaq
mümkündür. Vé xalq da
bu problemlérin hélliné inanmaq istéyir. Vé mén görürém ki, xalqın
inanmaq istédiyi qüvvé méhz Müsavat Partiyasıdır.
Görüşlérdé hém Müsavat Partiyasına göstérilén inam,
etimad, hém insanların gözündé oxuduğum ümid méni inandırır
ki, biz yené dé
xalqın köméyi ilé, xalqın sésléri ilé hakimiyyété gélécéyik
vé ölkémizin problemlérinin hélliné başlayacağıq. Bu
7 ildé h.Éliyev hakimiyyéti bizé camaatla görüşléri dé yasaq elémişdi.
Yéqin bilirsiniz ki, beş il érzindé ménim, ümumiyyétlé, Bakıdan
çıxmağım qadağan idi. 1993-cü ilin yayından, 4 iyun
qiyamından sonra 98-ci ilin avqustuna qédér ménim Bakıdan çıxmağım
qadağan idi. hémin müddétdé bizé qarşı
istintaq aparılırdı, bizé qarşı téqiblér edilirdi.
Yalnız son dövrdé biz
görüşléré çıxmaq, sizlérlé témasda olmaq imkanına malik
olmuşuq vé bu görüşlér bizim üçün çox qiymétlidir. Çünki bu
görüşlérdé biz yalnız öz fikirlérimizi sizé çatdırmaqla
işimizi bitmiş hesab etmirik, bu görüşlérdé biz
sizin néfésinizi duyuruq, sizin fikirlérinizi eşidirik, sizin suallarınızı
eşidirik.Çox
suallar verilir. Ayrı-ayrı insanlar öz taleléri ilé bağlı
konkret
problemlérdén tutmuş, ölkénin taleyi ilé bağlı én geniş
sépkili suallar verir, müxtélif problemlér qaldırırlar. Vé bu görüşlérdén
férqli olaraq, radio vé televiziya çıxışlarında sizin méné
birbaşa sual vermék imkanınız olmadığı üçün hémin
suallardan bir neçésini sésléndirib elé bu efirdén dé sizé cavab vermék
istéyirém.
Éziz
qardaşlarım vé bacılarım! Suallar çoxdur, ancaq ümumiléşdiréndé
bir
neçési öné çıxır. Mésélén, belé bir sual var: ölkénin bugünkü
problemlérinin
hélli mümkündürmü, işsizlik, rüşvétxorluq, yerlibazlıq,
éhalinin
héyat séviyyésini yükséltmék, bütün bunları etmék mümkündürmü?
Yéni
insanlara bu illér érzindé o qédér zülm edilib ki, o qédér inamsızlıq
yaradılıb ki, insanlar inanmaq istésélér dé, yené bir daha eşitmék
istéyirlér ki, bu problemlérin hélli mümkündür. Mén tam éminliklé sizé
deyirém
ki, Azérbaycanın héll olunmayan heç bir problemi yoxdur vé bütün
problemléri héll etmék mümkündür. Mésélén işsizliyin hélli necé
mümkün olar? Bilirsiniz ki, Azérbaycanda çoxsayda fabrik vé zavodlar mövcud
idi. Son illérdé, h.Éliyevin hakimiyyéti dövründé o fabrik vé zavodlar
demék olar ki, hamısı darmadağın edilib. Onların
émlakı satılıb, dézgahları dağıdılıb,
metal yeriné, né yeriné satılıb, bérbad véziyyété salınıb.
Bunun bir méqsédi bu müéssisélérin émlakını satıb
varlanmaq olubsa, digér sébébi dé bu zavodların, fabriklérin qiymétlérini
aşağı salmaq olub ki, sonra, yéni özélléşdirmé
vaxtı çatanda asanlıqla, çox az pulla özélléşdirib tam özéllériné
keçirsinlér öz imkanlarının çérçivésiné salsınlar bu müéssiséléri.
Bunların éksériyyétini bérpa etmék mümkündür, bunların éksériyyétindé
dünya miqyasında da olmasa, heç olmasa, étraf qonşularımız
séviyyésindé méhsul istehsal etmék vé bunu bazara çıxarmaq mümkündür
vé bununla
da, elé tékcé bu zavodların, fabriklérin bir qismini bérpa etméklé yüz
minlérlé iş yeri yaratmaq mümkündür. Bundan başqa bilirsiniz ki,
Azérbaycanın özündé on minlérlé istedadlı insanlar var, hémin
adamların böyük bir qismi dé bilirsiniz ki, eyni zamanda xarici ölkéléré
dağılıblar. Bu insanlar bizneslé méşğul olmaq
istéyirlér. Onlar yeni iş yerléri yarada bilérlér. Bu adamlar, mén
onların bézilérini tanıyıram, çox istedadlı adamlardır,
onlara imkan verilsé çox qısa zamanda xeyli yeni müéssisélér, yeni iş
yerléri yarada bilérlér vé yené dé yüzminlérlé insanın
işi üçün imkan yaranar, şérait yaranar. Biz eyni zamanda Azérbaycanda
rüşvétxorluğu aradan qaldırsaq, Azérbaycanda normal bir
qanunvericilik yaratsaq, biznesmenlérin, iş adamlarının mémurlardan
asılılığını aradan qaldırsaq, xarici ölkélérin
dé biznes adamları, iş adamları
ölkémizé hévéslé gélérlér. Onlar
Azérbaycana pul qoymağa, para qoymağa, yeni müéssisélér, yeni iş
yerléri
açmağa hazırdılar. Yéni bunlar kifayét qédér aydın mésélélérdir,
sadécé bunu etmék üçün isték arzu olunur, hakimiyyétdé olan qüvvénin
bunu istémési arzu olunur, hakimiyyétdé olan qüvvénin siyasi iradési arzu
olunur, téléb olunur. İnşallah, biz bunları da edécéyik.
Başqa
bir sual tez-tez séslénir. Soruşurlar ki, indiki hakimiyyétin xalqdan ménimsédiyi
yüzmilyonlarla, milyardlarla dollar pul ki, xarici banklara yerléşdirilib,
bunların xalqa qaytarılması mümkündür,
yoxsa yox? Açığı, çox ciddi sualdır, çox çétin sualdır.
Ancaq eyni zamanda mén bayaq da söylédim ki, hélli mümkün olmayan heç bir
şey
yoxdur. Dövr déyişib, évvélki dövr deyil. On il, on beş il évvélé
qédér bütün özüné hörmét edén xarici banklar deyirdilér ki, müştéri
banka pul qoyubsa, bank sirri deyilén bir anlayış var vé biz
heç kimé, heç bir şértlé hémin müştéri haqqında,
onun burada né qédér pul qoyduğu vé né vaxt qoyduğu, né vaxt çıxarmaq
istédiyi barédé heç kimé mélumat verméyécéyik. Ancaq indi zaman déyişib.
Dünyada tamamilé yeni bir véziyyét yaranıb. Rüşvétxorluğa
qarşı geniş mübarizé dalğası başlanıb. Bu mübarizénin
ésas aparıcı qüvvélérindén biri ABŞ-dır, rüşvétxorluğu
iqtisadiyyatın inkişafına maneé kimi qiymétléndirirlér, onlar
rüşvétxorluğu ménéviyyatın pozulmasına şérait kimi
qiymétléndirirlér vé buna göré dé geniş bir kampaniya başlayıblar.
Vé dünyanın bir çox ölkéléri dé bu kampaniyada iştirak
edirlér. Artıq témiz pullar vé çirkli pullar anlayışı
ciddi bir anlayışa çevrilib. Artıq müxtélif xarici
banklarda oğurluq pulların üstünün açılması ilé bağlı
xeyli faktlar var. Açılır ki, bu pullar kimé méxsusdur. Mésélén,
hérdén eşidirsiz ki, Rusiya ilé bağlı, Rusiyadakı rüşvétxorluqla
bağlı mésélélér aydınlaşır. Aydınlaşır
ki, né qédér böyük pullar, milyardlarla dollar pullar xalqdan oğurlanıb
vé müxtélif xarici banklarda yerléşdirilib. Mésélén, bir neçé
ildir ki, Nyu-York bankı ilé bağlı mésélé gündélikdédir
vé indi méhkémé işi gedir. Yaxud Qazaxıstanla bağlı rüşvét
işi aydınlaşmağa başladı, orada müxtélif şéxslérin,
o cümlédén indi Qazaxıstanda réhbérlikdé olan şéxslérin maliyyési
haqqında araşdırma başlanıldı vé artıq
kimin xarici banklarda né qédér pulu olması barédé faktlar
ortaya çıxdı. Yéni indi beynélxalq miqyasda bu méséléyé yanaşma
bu cürdür ki, égér hér hansı bir şéxsin cinayét etdiyi sübut
olunarsa, méhkémé tésdiq edérsé ki, bu
adam hansısa qeyri-qanuni yolla pul ménimséyib vé hémin pulları
hansısa bankda yerléşdirib,
hémin ölkénin ixtiyarı var ki, hémin banklara résmi müraciét etsin,
desin ki, bizim belé bir véténdaş belé bir
cinayété yol verib vé xahiş edirik bizé cavab verin görék sizin
bankda bu adamın pulu var, yoxsa yox. Vé artıq beynélxalq miqyasda
qanunvericilik o istiqamétdé gedir ki, banklar bu suallara déqiq cavab vermék
mécburiyyétindédirlér. Mén hesab edirém ki, Azérbaycandan oğurlanmış
pulların
böyük bir hissésini aşkara çıxarmaq, xalqın istifadésiné qaytarmaq
mümkün olacaq. Ancaq mén onu da demék istéyirém ki, bu qanun çérçivésindé
baş verécék. Bizim heç kimdén né intiqam almaq, né dé ki, heç kimi
siyasi ménsubiyyétiné göré téqib etmék fikrimiz var. Égér biz oğurluq,
rüşvét, quldurluq faktlarını méhkémé
yolu ilé araşdıra bilmésék, sübut edé bilmésék, hémin şéxsléré
qarşı
qeyri-qanuni heç bir addım atıla bilméz vé Müsavat hakimiyyéti dé
heç
bir zaman belé bir addım atmayacaq. Mén istéyirém ki, siz bunları
da bilésiniz.
Çox
populyar suallardan biri dé Qarabağla bağlıdır. İnsanlar
soruşurlar ki, bunu necé héll etméyi düşünürsünüz? Münaqişéni
sülh yolu ilé, yoxsa müharibé yolu ilé héll edécéksiniz, ümumiyyétlé
bu méséléni héll etméyé gücünüz çatacaqmı? Mén adétén bu
suallara belé cavab
verirém ki, mésélénin danışıq, yoxsa müharibé yolu ilé héll
edilécéyi sualı bizé aid sual deyil. Bunu seçmék erménilérin işidir,
çünki bu torpaqlar bizimdir. Bu torpaqları biz azad etméliyik, biz
torpaqları azad
edécéyik. Bu né cür baş verécék, sakitliklé baş verécék,
yoxsa müharibé yolu ilé baş verécék, bunu erménilér seçmélidirlér.
Sadécé olaraq,
hamımıza aydındır ki, ağlı başında olan
adam müharibé istéméz.hamımız istéyirik ki, mésélé dinc yolla
héll olunsun. Vé mén inanıram ki, mésélénin dinc yolla hélli mümkündür.
Bunun üçün sadécé olaraq, yené dé ölkédé rüşvétxorluğa son
qoymaq, rüşvéti ortadan yığışdırmaq lazımdır.
Bunun üçün iqtisadiyyatın inkişafına nail olmaq lazımdır.
Buna ésaslanaraq ordu yaratmaq lazımdır. Bütün bunları
biz uzun müddété planlaşdırmırıq, çox
qısa bir müddétdé biz bunları etmék fikrindéyik vé biz ordumuzu
elé bir
véziyyété gétirmék fikrindéyik ki, xalqımız öz ordusu ilé féxr
etsin, ordu xalqımızın iftixar yeriné çevrilsin, orduda
xidmét etmék hér birimiz üçün,
hér birimizin övladı üçün féxr yeriné çevrilsin. İnşallah,
biz bunu da eléyé bilécéyik. Bununla yanaşı, biz xarici
siyasétimizi dé qursaq, dostumuzu, düşménimizi dé müéyyénléşdirsék,
dostlarımızın sayını artırsaq, ölkémizdé
demokratik cémiyyét qurmaqla dünyanın demokratik qüvvélérinin marağını,
diqqétini Azérbaycana célb etsék, mén inanıram ki, bu méséléni dinc
yolla héll etmék mümkün olacaq. Yéni Azérbaycan güclü, célbedici ölkéyé
çevriléndé, Azérbaycan xalqı öz fédakarlığını
ortaya qoyanda ki, biz torpaqlarımızı azad etmék üçün müharibéyé
dé hazırıq, o zaman heç bir erméni bizimlé vuruşmaq fikrindé
olmayacaq. Elé sakitcé, öz xoşları ilé mécbur olub
torpaqlarımızdan çıxıb gedécéklér. Mén bunu görürém
vé bu uzaq bir gélécéyin işi deyil. Égér biz hakimiyyétdé olsaq,
bunları qısa bir müddétdé héyata keçirmék imkanına
malikik.
Suallar
çoxdur vé imkan düşdükcé biz bu suallara cavab verécéyik. Biz xalqla
bütünük vé biz xalqla bir yerdé olmaq istéyirik. Bizim qapılarımız
bu gün dé xalqın, onun hér bir nümayéndésinin üzüné açıqdır.
Biz deputat seçiléndé dé, növbéti
prezident seçkilérindé qalib gélib hakimiyyétdé olanda da qapılarımız
xalqın üzüné
açıq olacaq. hér bir véténdaş istér öz problemléri ilé bağlı,
istérsé dé bütün ölkémizin, millétimizin taleyi ilé bağlı méséléléré
göré, bizim yanımıza gélé bilécék, sözünü deyé bilécék
vé bizim dé fikrimizi eşidé bilécék. Biz bu cür düşünürük. Vé
deyésén yené dé, vaxtımız sona yaxınlaşır. Fürsétdén
istifadé edib h.Éliyevin dé bir sualına cavab vermék istéyirém. Çünki
bir neçé gün évvél h.Éliyev çıxışlarının birindé
deyib ki, müxalifétdé heç bir proqram yoxdur, varsa stolun üstüné
qoysun. Mén évvélki
çıxışlarımda demişdim, indi dé deyirém ki, Müsavat
Partiyası ölkémizin
problemlérinin hélli ilé bağlı çoxsaylı
proqramlar hazırlayıb, bu proqramlar son illérdé défélérlé
métbuatın
vasitési ilé ictimaiyyété téqdim olunub. Bu proqramlar héyatımızın
én müxtélif sahélériné aiddir. Xarici siyasété aid proqram var,
milli téhlükésizéliyé aid proqram var, sosial iqtisadi méséléléré aid
sénédlér var. Ölkémizin iqtisadi inkişaf proqramı, sosial inkişaf
proqramı, yaxud kénd tésérrüfatına, iqtisadi téhlükésizlik mésélélériné
aid proqramlarımız var. Yéni elé bir sahé yoxdur
ki, bu mésélélérlé bağlı partiyanın proqramını hazırlayıb
ortaya qoymayaq. Én çox diqqét yetirdiyimiz bir proqram da rüşvétxorluğa
qarşı mübarizé
proqramıdır. Biz bu proqramları défélérlé stolun üstüné
qoymuşuq, ancaq h.Éliyev istéyirsé bir daha stolun üstüné qoya
bilérik ki, oxusunlar. Bélké bir az faydalanarlar.Onsuz da h.Éliyev hakimiyyétinin
son dövrléridir vé égér bu son dövrlérdé xalq üçün bir iş görmék
istéyirlérsé bizim proqramlardan istifadé edé bilérlér.
Mén
yené dé sizi noyabrın 5-dé hamınızı seçkiléré gélméyé
dévét edirém, başa düşürém ki, bir çox dairélérdé inandığınız
namizédlér yoxdur, çünki hakimyyét majoritar dairédé 400-dén çox tanınmış,
seçilmék şansı olan insanı seçkiyé buraxmayıb,
bunların adlarını défélérlé mén demişém. Bakıdan
bizim heç bir
namizédi seçkiyé buraxmayıblar. Professor, tanınmış filosof
N.Mehdi, ölkénin én tanınmış politoloqlarından
biri R. Musabéyov, ölkénin én tanımış ziyalılarından
biri M.Mémmédli seçkiyé buraxılmayıb. Bu siyahını çox
artırmaq olar, ancaq bir neçé néfér dostlarımızın da adını
çékmék istéyirém. Tovuzda T. hüseynov seçkiyé buraxılmayıb,
halbuki Tovuzda éhalinin éksériyyéti ona sés verméyé hazırlaşırdı.
İsmayıllıda ölkénin én tanınmış jurnalistlérindén
biri, én qeyrétli véténdaşlarından biri M.Cavadoğlu seçkiyé
buraxılmayıb. Bu siyahını çox
artırmaq olar. Bilirém ki, bir çox dairélérdé sizin sés vermék istédiyiniz
namizédlér yoxdur. Sizin imkanınız var ki, gélib majoritar dairé
üzré bütün namizédlérin éleyhiné sés verésiniz, égér orada xoşunuza
gélén namizéd yoxdursa. Proporsional siyahı üzré isé mén sizi siyahı
üzré 11-ci
yerdé olan Müsavat Partiyasına sés veréméyé çağırıram.İnşallah,
Müsavat Partiyası sizin séslériniz sayésindé parlamentdé birinci
partiyaya çevrilécék.
Téşékkür
edirém, növbéti görüşé qédér.