Xalqımızı
tébrik edirém
Müsavat Partiyasının
başqanı İsa Qémbér 31 dekabr Dünya Azérbaycanlılarının
Hémréylik Günü münasibétilé Azérbaycan xalqını tébrik edib. Tébrikdé
deyilir:
“Éziz soydaşlarım! Artıq doqquz ildir 31 dekabr günündé
Yeni ili qarşılamaqla yanaşı, hamımızın héyatında
éziz vé tarixi hadiséyé çevrilmiş Dünya Azérbaycanlılarının
Hémréylik Gününü dé bayram edirik. 13 il öncé Azérbaycanda başlanmış
milli-azadlıq hérékatı dünyanın müxtélif ölkélérindé yaşayan,
uzun illér bir-birindén ayrı düşén hémvéténlérimizin bir araya
gélmésiné zémin yaratdı. Azadlıq mücadilémizin geniş vüsét
alması, müstéqilliyimizin qazanılması kimi çétin mérhélélérdé
uzun illér véténdén uzaq düşmüş soydaşlarımız
bizimlé birlikdé oldular, biz bu tarixi vé eyni zamanda şéréfli qélébéni
hamılıqla éldé etdik. Bu gün Dünya Azérbaycanlılarının
hémréyliyinin möhkémléndirilmési istiqamétindé mühüm işlér görülür,
real néticélér éldé edilir. Artıq Dünya Azérbaycanlılarının
Konqresi kimi nüfuzlu bir qurum ayrı-ayrı ölkélérdé yaşayan
soydaşlarımızın féaliyyétini élaqéléndirmék vé vahid
mécraya yönéltmék sahésindé xeyli iş görüb. Özünün 5 qurultayını
keçirén hémin qurum azérbaycanlıların yaratdığı çoxsaylı
téşkilatlar arasında hém dé etibarlı körpü rolunu oynayır.
Göründüyü kimi, ölkémiz müstéqillik éldé etdikdén sonra keçén çox
qısa müddét érzindé dünyada güclü Azérbaycan diasporasının
yaradılması vé onun mütéşékkil qüvvéyé çevrilmési yönündé
mühüm iréliléyişléré nail olunub.
Hörmétli soydaşlar! Yola saldığımız 2001-ci il demék
olar ki, bütün dünya tarixinin hélledici illérindén biri oldu. 11 sentyabr
2001-ci ildé ABŞ-da baş verén faciéli terror hadisésindén sonra dünyada
tamamilé yeni siyasi situasiya yarandı. Dünyanın böyük dövlétléri
yer üzündé terrorun, zorakılığın kökünü késmék,
şéri méhv etmék yolunda birgé féaliyyét göstérméyé başladılar.
Belé bir şéraitdé bir daha aydın oldu ki, bu méqsédlérin reallaşması
üçün Azérbaycan da çox vacib vé önémli bir mövqeyé malikdir. Méhz
buna göré bir sıra böyük dövlétlérin, ilk növbédé ABŞ-ın
ölkémizlé bağlı yeritdiyi siyasét yeni, müsbét çalarlarla zénginléşdi.
Bu yeni situasiyada gélécékdé dé ölkémizin maraqları naminé déyérléndirilé
bilmék isé bizim özümüzün dé ictimai-siyasi çevikliyimizdén vé bacarığımızdan
daha çox asılı olacaq.
Tééssüf ki, 2001-ci il Azérbaycan xalqının héyatında müsbét
yöndé önémli déyişikliklérlé müşayiét olunmadı. Hakimiyyétin
yeritdiyi sériştésiz, xalqa zidd siyasét davam etdi vé néticédé xalqın
güzéranı, héyat séviyyési daha da ağırlaşdı. Çünki
ölkédé iqtisadi islahatlar lazımi séviyyédé aparılmır, bütün
dövlét strukturlarını bürümüş korrupsiya dövléti vé cémiyyéti
iflic véziyyétiné salıb.Maddi çétinliklérlé sınağa çékilén
xalqımızda ruh düşkünlüyü halları özünü daha qabarıq
şékildé göstérir. Véténimizin érazi bütövlüyünün bérpası,
bir milyona yaxın qaçqın vé mécburi köçkünlérin öz doğma
torpaqlarına qaytarılması sahésindé heç bir iréliléyişé
nail olunmayıb, iqtidar bu problemléri héll etmék gücündé olmadığını
sübut edib. Ölkédé demokratik azadlıqların, insan hüquqlarının
pozulması adi normaya çevrilib. Sadalanan bu problemlér ümummilli
problemlérdir vé biz mövcud iqtidarın yaratdığı bu çétinlikléri
yalnız hamılıqla apardığımız mübarizé néticésindé
aradan qaldıra bilérik. Bununçün ilk növbédé xalqımızın,
hér bir véténdaşımızın ictimai-siyasi féallığı
vé birliyi lazımdır.
Hörmétli soydaşlarım! 2002-ci il At üstündé bérqérar olur.
Atalarımız “at muraddır” deyiblér. Yeni 2002-ci ilin xalqımızın
héyatında uğurlu il olmasını arzulayıram. Arzu edirém
ki, bu il hamımızın héyatında xoş arzularla yadda qalsın,
xalqımızın tarixiné dönüş ili kimi daxil olsun. Azérbaycanda
elé bir cémiyyétin qurulmasına nail olaq ki, tékcé ölké daxilindé
deyil, hémçinin Azérbaycan Respublikasından kénarda yaşayan soydaşlarımızın
da hüquqlarını qorumağı bacaraq.