NEFT
hEÇ KİMİN BABASININ, NÉ DÉ hEÇ KİMİN ÉRKÖYÜN
BALASININ MALI DEYİL
Müsavat
Partiyası başqanı, Milli Méclis üzvlüyüné namizéd İsa
Qémbérin AzTv ilé 3-cü çıxışı (27.10.2000)
Axşamınız
xeyir, hörmétli tamaşaçılar! Éziz qardaşlarım
vé bacılarım!
Növbéti défé sizinlé söhbét etmék imkanı tapmışam vé
bunu çox yüksék qiymétléndirirém. Bu günlérdé Azérbaycan Respublikasının
keçmiş réhbérlérindén biri - Kamran Bağırov véfat edib vé
torpağa tapşırılıb. Mén onun ailésiné, yaxınlarına
başsağlığı vermék istéyirém. Çünki ménim üréyimi
ağrıdan bir céhét oldu ki, Kamran Bağırovun défnindé né
heydér
Éliyev, né dé digér yüksék rütbéli vézifé sahibléri iştirak elémédilér.
Mén Kamran Bağırovu ideallaşdırmıram - onun réhbérliyi
dövründé bir çox séhvléré yol verilib. O da sovet rejiminin yaratdığı
şéraitin méhsulu idi. Amma bir défé - o, vézifédén gedéndén sonra
imkanım olmuşdu ki, onunla yol yoldaşı olum. Onda mén gördüm
ki, o, çox yüksék séviyyéli bir ziyalı, çox xoşméramlı bir
insandır. Sözümün canı odur ki, heydér Éliyev özüné yaxın
olan, öz komandasından olan insanlara bu cür münasibét bésléyirsé,
xalqa né cür münasibét bésléyé bilér, tanımadığı
insanlara né cür münasibét bésléyé bilér? Özüné réqib hesab eetdiyi
insanlara né cür münasibét bésléyé bilér? Mén bu söhbété qayıdacağam.
İndisé son günlérdéki görüşlérim barédé mélumat vermék istéyirém. Géncédén sonra Şékidé, Zaqatalada, İmişlidé çox sémimi görüşlér keçirtdim, minlérlé seçicimizin, véténdaşımızın iştirak etdiyi görüşlér oldu. Yolüstü Qébélédé, Oğuzda, İsmayıllıda, Saatlıda seçicilérlé görüşüb söhbét etdik. Bu günlérdé Bakıda qaçqınlarla geniş bir görüşümüz olmuşdu, bu gün isé "Sevil" kinoteatrında génclérlé çox geniş görüşümüz oldu. Açıq deméliyém ki, mén - öz xalqını ürékdén sevén bir insan - bu görüşlérdé xalqımıza bir daha valeh oldum. 7 ildir, hakimiyyét ménim xalqla görüşlérimé imkan yaratmır: 93-cü ildén 98-ci ilé qédér ménim ümumiyyétlé Bakıdan çıxmağım qadağan idi, son illérdé dé buna imkan verilmirdi. Yalnız indi insanlarla görüşmék imkanım olur vé mén görürém ki, véténdaşlarımız bütün bu 7 ilin ézab-éziyyétiné baxmayaraq yené dé métanétlidirlér, möhkémdirlér, mérddirlér, qonaqpérvérdirlér, yené dé inamlıdırlar. İnanırlar ki, biz problemlérimizi héll edé bilécéyik. Bizléré, Müsavata héddén artıq etibar edirlér, ehtiram göstérirlér. Bu méni çox sevindirir. Bu görüşlérdén çox böyük qüvvé alıram, güc alıram. Görüşlérimiz davam eléyécék. Yaxın günlérdé bir neçé görüş keçirméyi planlaşdırıram. Sabah saat 16-da Sumqayıtda olacağıq. Sumqayıt camaatının yadındadır ki, 95-ci ilin parlament seçkisindé dé Sumqayıt dairésindén namizédliyimi iréli sürmüşdüm vé Sumqayıt seçiciléri méné etimad göstérmişdilér, lakin heydér Éliyev hakimiyyéti o zaman seçkini saxtalaşdıra bildi vé ménim parlamenté keçméyimé imkan vermédi. Bu défé onun belé imkanı olmayacaq. Bu défé Müsavat seçkidé qalib gélécék. Bazar günü Lénkéran-Masallı bölgésiné çıxmağı planlaşdırmışam. hémin gün saat 11-dé Lénkéranda, saat 16-da isé, inşallah, Masallıda görüşlérimiz olacaq. Eyni zamanda çalışacağam ki, yolüstü hémin bölgénin böyük kéndlérindé dé camaatla görüşüb söhbét eléyék. Gélén héfté isé Tovuza, Qazaxa, Beyléqana, Bérdéyé, Xaçmaza séférlér planlaşdırıram. Bakının Maştağa kéndindé vé başqa kéndlérindé görüşlér barédé düşünürém, imkan olsa, hér yerdé - bütün Azérbaycan xalqı ilé görüşmék istéyirém vé imkan daxilindé bu istéyimi héyata keçirécéyém. Çünki bu görüşlér xalqla Müsavatın bir olduğunu tékrarén nümayiş etdirir. Görüşlérimizin uğurunu görén hakimiyyét dairéléri çox narahat olur. Bunun néticésidir ki, bu görüşlérin ardınca dérhal hakimiyyét nümayéndéléri dé görüşlér keçirméyé başlayıb. Sadécé, férq orasındadır ki, bizim görüşléré insanlar öz arzuları ilé, könüllü olaraq toplaşdıqları halda, onlarla görüşé adamları zorla yığırlar, idarélérdén, müéssisélérdén mécburén gétirirlér. Bunu hamı görür, hamı bilir. Bizim plakatların geniş yayılması, yéqin ménim çıxışımdan évvélki klipdé dé gördünüz, bizim plakatların tésviri getdi, hakimiyyét dairélérini narahat eléméyé başlayıb. Xüsusén Bakıda bizim plakatları cırır, sökür, onların üstündén İlham Éliyevin şékillérini yapışdırırlar. Guya bizim şéklimizin üstündén İlham Éliyevin şéklini vurmaqla seçicilérin, véténdaşlarımızın méné, yaxud İlham Éliyevé münasibétini déyişé bilécéklér. Özümün baxmağa vaxtım olmayıb, amma méné dedilér ki, İlham Éliyev bu günlérdé televiziyada çıxış edérkén méné dé hücum eléyib, çox qéribé fikirlér söyléyib. Évvéla, ménim haqqımda deyib ki, guya mén tésadüfén dövlét başına gélmişém. Bu, héqiqété uyğun deyil. Mén tésadüfén gélmémişém dövlét başına. 92-ci ilin mayında mén xalq hérékatının néticésindé hakimiyyété gélmişém. Xalq cébhési, xalq hérékatı méni én yüksék dövlét vézifésiné gétirib vé féxr edirém ki, 92-ci ildé Azérbaycanın ilk qeyri-kommunist réhbéri mén olmuşam. İlham Éliyev deyib ki, İsa Qémbér hakimiyyété gélén kimi 7 insanın ölümüné férman verib vé guya yené hakimiyyété gélib insanların qétliné férman vermék istéyir. Bu da ağ yalandır. 7 ildir, méné qarşı bu böhtanı söyléyirlér. Défélérlé téléb etmişém ki, hémin qatillér, hémin adamlar haqqında héqiqét xalqa söylénsin, lakin bunu etmékdén çékinirlér. Geniş vaxtımız yoxdur, amma hémin qérarla bağlı sizé qısaca bir mélumat vermék istéyirém: doğrudan da, mén 92-ci ilin mayında parlamentin sédri seçiléndén vé Konstitusiyaya göré prezident vézifésini icra eléméyé başlayandan sonra stolumun üstündé ölüm cézasına méhkum edilmiş 7 şéxsin érizési vardı. Onlar bağışlanmaqlarını, éfv olunmaqlarını xahiş edirdilér. Mén hémin xahişléri diqqétlé öyrénib araşdırdım, hüquqşünaslarla, mütéxéssislérlé mésléhétléşdim. Mélum oldu ki, heç bir méhkémé séhvi yoxdur, qérar son dérécé édalétlidir. Mén o qatillérdén ikisi barédé sizé mélumat vermék istéyirém. Yadınızdadırsa, 89-cu ildé Qarabağda bütöv bir ailéni öldürüb, sonra da tövléyé yığaraq yandırmışdılar. O zaman bütün xalq düşünürdü ki, bunu erménilér edib. Çünkü azérbaycanlıya qarşı belé qéddarlığı yalnız erménidén gözléyirdilér. Ancaq sonra mélum oldu ki, bunu öz soydanlarımız, véténdaşlarımız ediblér. İstintaq orqanları hémin şéxsléri, qatilléri aşkar edib, méhkémé onlar haqqında édalétli hökm çıxarıb. Mélum oldu ki, bu iki néfér 11 néférlik bütöv bir ailéni, qocalı-cavanlı, kişili-qadınlı, 3 yaşlı körpé uşağı, üzr istéyirém hamilé qadını olan bir ailéni hamısını qétlé yetrib, sonra da yandırmışdılar. Mén belé insanları, égér bunlara insan demék mümkünsé bağışlanmasını méqbul hesab elémişém. Xüsusén o dövrdé ki, biz Qarabağda müharibé aparırdıq, minlérlé fédakar övladlarımız canları bahasına torpaqlarımızı müdafié edirdilér. Bu qatillér isé xalqımızın bu oyunu açırdılar. Égér İlham Éliyev bu cür qatillérin bağışlanmasını istéyirsé açıq fikrini açıq söylésin vé xalq da bilsin ki, kim hansı yolun yolçusudur. İndiki hakimiyyét günahsız insanları hébsxanalara salmağı, günahkar, cinayété bulaşmış şéxsléri isé yüksék véziféléré célb eléméyi xoşlayır. Biz isé férqli mövqedéyik. Biz hesab edirik ki, günahsız insanlar azadlıqda, günahkarlar vé cinayétkarlar hébsxanada olmalıdır. İ.Éliyev méni qéddarlıqda ittiham edirsé mésléhét görérdim ki, öz hakimiyyétlériné nézér salsınlar. Ötén 7 ildé bu hakimiyyét né qédar insanlarımızı méhv eléyib. Mén bilmirém Surét hüseynovun Géncé hadisélériné déxli var idi, yoxsa yox, (méhz oktyabr hadisélérindén söhbét gedir) ancaq h.Éliyev hakimiyyétinin tapşırığı ilé ésgérlér bir-biriné güllé atdılar vé Géncédé bir neçé néfér hélak oldu. 1995-ci ilin mart hadisélérindé Rövşén Cavadov téslim olmağa hazır idi, OMON-çular ağ bayraq qaldırmışdılar vé méséléni qansız héll etméyé mümkün idi. R.Cavadov séfirliklérin birindén siyasi sığınacaq istémişdi, lakin yené dé h.Éliyev hakimiyyétinin tapşırığı ilé orda onlarla insan-hém OMON-çular, hém dé orda yaşayan, tésadüfén keçén günahsız insanlar qétlé yetrildilér. 1999-cu ilin yanvarında haqsızlıqdan, édalétsizlikdén bezmiş siyasi méhbuslar Qobustan hébsxanasından qaçışa céhd etdilér. Orda da méséléni qansız, danışıqlar yolu ilé héll etmék mümkün idi, ancaq h.Éliyev hakimiyyétinin göstérişi ilé orda 13 néfér méhv edildi. Mén konkret olaraq AXC-nin üzvü, millét vékili Şahmérdan Céférovun adını çéké bilérém. heç nédén onu évvélcé gülléléyib sonra hébsxanada öldürdülér. Néyé göré? Mén hacı Seyféli yada sala bilérém. Xésté-xésté onu yataqdan gétirib hébsxanaya soxdulér vé meyitini ailésiné qaytardılar. O zaman Bakı ağsaqqalları minnétçi düşmüşdülér, qapılara gedirdilér, deyirdilér ki, bu adam ağır xéstédir- xérçéngdir, bir neçé güné ölécék, imkan verin heç olmasa evindé ölsün. İmkan vermédilér, meyitini qaytardılar ailésiné. Tééssüf ki, bu siyahını çox artırmaq olar. Bu hakimiyyétin insanların qétlindé o qédér günahı var ki, saymaqla qutarmaq mümkün deyil. Vé méné elé gélir ki, xalq kimin qéddar, kimin isé humanist olduğunu kifayét qédér yaxşı bilir. Ésliné qalsa biz 1993-cü ilin iyununda da ifrat humanistliyimizé, heç bir insanın burnunun qanamasını istémédiyimizé göré hakimiyyétdén imtina etdik vé çékildik kénara. İmkan verdik ki, bu adamlar gélsinlér görék né deyirlér? Elé 7 ildir deyirlér, bacardıqlarını ortaya qoyurlar vé xalq da hamısını görür. İ.Éliyev bizdén soruşur ki, siz xalq üçün né elémisiniz? Bizim né etdiyimizi xalq çox gözél bilir. Biz génc yaşlarımızdan Azérbaycanın azadlıq, müstéqilliyi, érazi bütövlüyü, Qarabağ, Naxçıvan kéndléri uğrunda mübarizéyé başlamışıq. İ.Éliyev isé öz etirafına göré (ANS-é verdiyi müsahibésindé deyib) hémin illérdé, xalq müstéqillik, Qarabağ uğrunda mübarizé aparanda Moskvada oyun avtomatları açıb bizneslé méşğul idi. Odur ki, xalq gözél bilir kim né ilé méşğul olub. Daha bir qéribé mésélé var. Seçki zamanıdı, çıxış edén namizédlér partiya nümayéndéléri védlér verirlér. Müxalifét partiyalarını hardasa başa düşmék olar. Çünki biz indiki véziyyétdé ancaq véd veré bilérik. Biz hakimiyyétdé deyilik ki, xalq üçün nésé edé bilék. Ancaq siz hakimiyyétdésiniz, siz niyé véd verirsiniz? Siz iş görmélisiniz! 7 ildir hakimiyyétdésiniz elé yené véd vermékdé davam edirsiniz. İndi İ.Éliyev deyir ki, 5-10 ildén sonra neftin hesabına Azérbaycana miyardlarla dollar pul gélécék vé éhali gözél yaşayacaq. Axı bu védi siz 1994-cü ildé dé vermişdiniz. İlk neft kontraktı imzalananda demişdiniz ki, bés iki ilé xalq bu kontraktın néticélérini hiss etméyé başlayacaq. 6 il keçir, xalq hiss eléméyé başlayıbmı sizin kontraktların xeyrini? Vé bundan sonra da sizin verdiyiniz védlér keçmiş kommunistlérin verdiyi védlér kimi bir şeydir. 20-ci ildé Lenin, 60-cı ildé isé Xurşşov véd edirdilér ki, bütün sovet xalqı 80-ci ildé kommunizmdé yaşayacaqlar. Véd vermék vaxtı keçib. hakimiyyétdésiniz bacarırsınız bir iş görün bu xalq üçün, bacarmırsınız imkan verin bu işi bacaran xalqa, millété bağlı insanlar gélsinlér bu xalqa bir gün ağlasınlar. İ.Éliyev mövzusunu qapatmaq üçün bir méséléyé dé toxunmaq istéyirém. İ.Éliyev neftdén çox geniş danışır. 1993-cü ilin yayında h.Éliyev hakimiyyété tézé géléndé bir söz işlétmişdi. Demişdi ki, neft heç kimin babasının malı deyil. Çox düzgün fikirdir. Mén dé hesab edirém ki, neft heç kimin babasının malı deyil. Ancaq eyni zamanda neft heç kimin érköyün balasının da malı deyil. Neft xalqındır, neft millétindir vé nefté nézarét dé xalqın ixtiyarında olmalıdır. Xalq müéyyénléşdirmélidir ki, neftdén gélén gélirlér né cür bölünécék, hansı sahéléré yönéldilécék, xalqın hansı dérdiné xérclénécék. İ.Éliyev deyir ki, siz hakimiyyété gélméyécéksiniz. Bunu da né h.Éliyev né dé onun érköyün övladı héll elémir. Kimin hakimiyyété gélmésini vé kimin hakimiyyétdén getmésini xalq héll edir. Bunu da seçkidé görécéksiniz inşallah. hakimiyyét méhz bu seçkidé xalqın inandığı etibar etdiyi adamların seçilécéyindén qorxduğu üçün yené dé saxtakarlıqla méşğuldur. Bilirsiniz ki, Müsavatı seçkiyé buraxmamaq üçün éllérindén géléni etdilér. Né qédér müddét Müsavat Partiyasına qarşı böhtan yalan kampaniyası aparıldı. Bir téyyaré hadisési uyduruldu. Bu téyyaré hadisésiné göré Müsavata qarşı millété déxli olmayan milli televiziya ilé né qédér böhtanlar, yalanlar sésléndi. Müsavatçılara olmazın tézyiqlér göstérildi, "Yeni Müsavat" qézetinin baş redaktoru Rauf Arifoğu hébs olundu. Sonda bu yalanların hamısı puça çıxdı. Çünki xalq da, beynélxalq ictimaiyyét dé bunun yalan olduğunu bilirdi. Müsavatı seçkiyé buraxmamaq istéyi baş tutmadı. Müsavat bu seçkidé iştirak edir vé inşallah qalib gélécék. İndi isé hakimiyyét seçkidé özününkülérin éksériyyét téşkil etmési üçün mojaritar dairélérdé bu oyundan istifadé edir. Dörd yüzdén artıq namizéd qeydé alınmayıb. Özü dé bu namizédlér ésasén şanslı, xalqın tanıdığı, qébul etdiyi namizédlérdir. Onların içérisindé keçmiş spiker Y.Mémmédov, sabiq baş nazirlér É.Mésimov vé P.hüseynov, sabiq nazirlér, millét vékilléri, partiya sédrléri, cémiyyétin tanıdığı vé sés verméyé hazır olduğu insanlar var. Mésélén, Tovuzdan hamımızın tanıdığı Qara Tofiqi seçkiyé buraxmırlar. Çünki bilirlér ki, Tovzlu seçicilérin böyük éksériyyéti Qara Tofiqé sés vermék istéyir. İsmayıllıda seçicilérin daha çox hissési Mehman Cavadoğluya sés vermék istéyir. Buna göré dé imkan vermirsiniz Qara Tofiq, M.Cavadoğlu digér layiqli namizédlér qeydiyyatdan keçsin. Bu misalların sayını çox artıra bilérém. Dörd yüzdén çox namizéd qeydé alınmayıb vé bu bütövlükdé bir milyon seçicinin imzası demékdir. Çünki bilirsiniz ki, qanunda bir seçici bir imza prinsipi var vé hér bir namizéd dé iki mindén çox imza toplamalıdı. Deméli, bu hakimiyyét téréfindén bir milyon seçicinin imzasına "yox" deyilib. Tébii ki, bu méséléyé xüsusi diqqét yetrilmélidir. Méné ordan işaré edirlér ki, vaxt qutarır. Ancaq mén xahiş edirém (Onsuz da ménim çıxışım qutarandan sonra yené dé hökumétdén kimisé çıxırdıb h.Éliyevi vé bir-birlérini, özlérini térifléméyé başlayacaqlar) bir déqiqé méné imkan verin h.Éliyevin bir sualına cavab vermék istéyirém. h.Éliyev bu yaxınlarda deyib ki, müxalifétin heç bir proqramı yoxdur. Varsa qoysunlar stolun üstüné. Mén Müsavatın proqramlarının az bir hissésini stolun üstüné qoyuram. Biz bu proqlamları métbuat vasitésilé xalqa téqdim etmişik. Bir daha göstérirém: "İqtisadi islahatlar proqramı" (Égér hakimiyyétin belé bir proqramı varsa qoysun ortaya), "Sahibkarlığın inkişaf proqramları", "Milli iqtisadi téhlükésizlik strategiyası", "Sosial reablitasiya vé inkişaf proqramı", "Aqrar inkişaf proqramı" vé ménim én çox diqqét yetirdiyim "Rüşvétxorluğa vé korrupsiyaya qarşı mübarizé proqramı". Bizim bütün sahéléré aid proqramlarımız var. Égér h.Éliyevin belé proqramlara ehtiyacı varsa biz bir qédérini stolun qoymuşuq vé yené göndéré bilérik. Baxsınlar, onsuz da onların hakimiyyétiné çox qalmayıbdır. heç olmasa hakimiyyétlérinin son dövrlérindé xalq üçün bir iş görmék istéyirlérsé bu proqramlardan istifadé edé bilérlér. Mén bütün xalqımızı 5 noyabr seçkisiné gélméyé çağırıram. Bilmélisiniz ki, seçkidé sizé iki bülleten verilécék: biri mojaritar dairédén ayrı-ayrı şéxslérin adları. Égér orda xoşunuza gélén, inandığınız namizéd varsa ona sés verin, yoxdursa hamısının üstündén xétt çékin. Ancaq seçkiyé gélmékdén imtina eléméyin. Proparsional bülletendé isé bütün partiyaların adları olacaq. Özü dé bu partiyaların siyahısı bütün kénd vé rayonlardakı seçki méntéqélérindé olacaq. Ona göré dé seçkiyé gélib sés vermélisiniz. İnanıram ki, siyahıda 11-ci yerdé olan Müsavatı siz öz sésinizlé birinci edécéksiniz.
Çox sağ olun!