Müxalifétin Zirvé Toplantısı reallığa çevrilir

Dekabrın 26-da, saat 11:00-da Bakı Métbuat Klubunda

Siyasi ictimaiyyét arasında çoxdan béri ciddi müzakiré olunan vé müsbét réylérdén başqa müxtélif fikir ayrılıqları vé diskussiyalara da sébéb olmuş "Azérbaycanda féaliyyét göstérén müxalifét partiyaların liderlérinin zirvé görüşü (toplantısı)" adlı tédbir néhayét baş tutmaq üzrédir...
Görüşü Siyasi Fikir Mérkézinin (hémsédrlér Hacıbaba Ézimov vé Çingiz Sadıxov) yaratdığı işçi qrupu téşkil edir. Mélum olduğu kimi hélé dekabrın 6-da bu qurumun téşébbüsü ilé müxalifét partiyaları görüşüb bu ilin dekaabrında zirvé toplantısının keçirilmésini vacib saymışdılar. Zirvé görüşünün hazırlanması üzré işçi qrupunun üzvü, Xalq Partiyasının sédri Pénah Hüseynovdan aldığımız mélumata göré, toplantı bu ilin dekabrın 26-da, saat 11:00-da Bakı Métbuat Klubunda keçirilécék. Artıq 30-a yaxın siyasi partiyalara dévétnamélér göndérilib. Bunların içindé Müsavat, ADP, AXCP (hér iki qanad), AMİP, ALP, Véténdaş Birliyi, Véténdaş hémréyliyi, Édalét, Milli Demokrat (Bozqurd), Xalq Partiyası vé s. partiyalar var. Görüşün téqribi gündéliyi vé reqlamenti hazırlanıb.
Aşağıdakı mésélélérin müzakirési gözlénilir:

1. Ölkédéki sosial-iqtisadi vé siyasi böhran (Qarabağ mésélési daxil): çıxış yolları vé müxalifétin véziféléri;
2. Müxalifétdé olan siyasi partiyalar arasında émékdaşlıq prinsipléri vé qarşılıqlı öhdéliklér barédé saziş (müzakiré vé imzalanma);
3. Ümummüxalif qurumun tésisi;
4. Cari mésélélér.

1-ci méséléyé dair béyanat, Qarabağ mésélésiné dair isé beynélxalq téşkilatlara müraciét sénédlérinin qébul olunacağı gözlénilir. Sénédlérin layihéléri artıq partiyalara paylanıb.
20-yé yaxın partiya toplantıda iştirak edécéyini, 11 partiya isé (AXCP-nin yurd qanadı vé İslam Partiyaları da bura aiddir) etméyécéyini artıq bildirib.