"Borçalı
türklérinin problemlérini milli hakimiyyét héll edécék"
İsa Qémbér éslén Borçalıdan olan ziyalılarnan görüşdü
Oktyabrın
6-da Müsavat Partiyasının qérargahında partiyanın başqanı
İsa Qémbér éslén Borçalıdan olan ziyalılarla görüş keçirildi.
Tédbiri giriş sözü ilé Müsavat başqanının ictimai élaqélér
üzré müavini Qabil hüseynli açdı. O, ziyalılarla
görüşün Gürcüstanda yaşayan 500 miné yaxın soydaşımızın
qarşılaşdığı problemléri müzakiré etmék méqsédi
daşıdığını bildirdi.
![]() |
Sonra
Müsavat başqanı İsa Qémbér qonaqlara dévéti qébul etdikléri
üçün téşékkür etdi. Borçalının Azérbaycanın én qédim,
én şanlı- şéréfli bölgélérindé biri olduğunu deyén
İsa béy bu torpağın Azérbaycana görkémli insanlar verdiyini
qeyd etdi: "Tarix elé gétirib ki, bu gün Borçalı camaatı ilé
Azérbaycan camaatı bir-biriné xarici ölké véténdaşı kimi dé
yanaşa bilérlér. Ancaq bu bizim eyni soydan olduğumuza heç bir
problem yarada bilméz, éksiné bélké dé bu ménada bir-birimizin qédrini
daha yaxşı bilérik". Dövlét başçısının
"Gürcüstanda yaşayan azérbaycanlıların heç bir problemi
yoxdur" söylémésini çox tééssüflé qarşıladığını
bildirén Müsavat başqanı dedi: "İnsan yaşayırsa,
onun problemi var. Borçalı camaatı ayaq üstédir, yaşayır,
deméli onların problemi yoxdur demék qéribédir. Biz illér boyu Borçalıda
véziyyéti öyrénmişik vé onların problemlérindén xébérdarıq.
Vé tééssüf ki, problemlér çoxdur. Torpağın tarixi Azérbaycan érazisi
olmasını zéiflétmék arzusundan tutmuş, torpaq bölgüsüné,
sosial, médéni problemléré qédér saysız mésélélér var vé bu
problemlérin dé hélli mümkündür. Azérbaycan vé Gürcüstan strateji baxımdan
bir-biriné bağlı dövlétlérdir vé bu bağlılığın
tarixi çox qédimdir. Ésliné qalsa, bu
münasibétlér Gürcüstanda yaşayan soydaşlarımızın
problemlérinin hélli üçün zémin yaratmalıdır. Bu toplumun olması
Gürcüstanın şansıdır ki, Azérbaycanla, Türkiyé
ilé münasibétlér qura bilsin. Ancaq tééssüf ki, biz
bunun şahidi olmuruq. hakimiyyét dairélérinin méséléyé diqqétinin
kifayét qédér olmaması buna tésir edir, hém dé görünür bu méséléléri
lazımi dérécédé gündéliyé gétiré bilmiriksé, hélliné nail ola
bilmiriksé özümüz haqqında da düşünméliyik".
Müsavat başqanı bu görüşün dé méhz Borçalının problemléri ilé bağlı fikir mübadilési aparmaq méqsédilé téşkil edildiyini qeyd etdi.
![]() |
Qonaqlardan
ilk olaraq söz alan professor Véli Osmanlı söhbéti siyasi deyil, médéni-maarif
istiqamétindé qurmağı téklif etdi. Gürcüstanda yaşayan soydaşlarımızın
problemléri ilé bağlı faktlara toxunan V.Osmanlı Borçalının
problemléri ilé méşğul olan funksional orqan yaradılmasının
vacibliyindén danışdı. Véli müéllim eyni zamanda "gürcüstan
azérbaycanlıları" ifadésinin dé éleyhiné olduğunu
bildirdi: "Biz Borçalı türküyük".
Professor
Loğman Hésibzadé Borçalının qédim tarixiné ekskurs etméklé
çıxışına başladı. İndi Borçalının
yetim qaldığını deyén Loğman müéllim bu qédim torpağın
méqsédli şékildé adının déyişildiyini- Kvemo-Kartli
kimi téqdim edildiyini, Tbilisidé Şah Abbas méscidinin dağıdıldığını,
Azérbaycan Dram teatrının bağlandığını, qézetlérin,
azérbaycanlı méktéblérinin bağlandığını,
"Azérbaycanlı tarixi" dérsinin keçilmédiyini, torpaq bölgüsündé
azérbaycanlılara qarşı haqsızlıqlar edildiyini, azérbaycanlıların
nökér kimi işlédildiyini vé bu kimi digér problemléri sadaladı.
Eyni zamanda qeyd etdi ki, neft-qaz kémérlérinin çékilişi zamanı
Gürcüstana edilén güzéştlérin Borçalı camaatına heç bir
xeyri yoxdur: "Belé getsé, 50 ildén sonra biz deyé bilméyécéyik ki,
Borçalı bizimdi".
Azérbaycanın İstanbuldakı keçmiş baş konsulu Abbas Abdulla isé méséléyé bir qédér férqli, soyuqqanlıqla yanaşmağın téréfdarı olduğunu vurğulayaraq, Borçalıdakı problemlérin gürcüléré dé aid olduğunu söylédi. Erménistanın Gürcüstanda yaşayan erméniléré yardımından söz açan A.Abdulla Azérbaycan hakimiyyétinin Borçalı camaatına yardım etmésinin vacibliyindén danışdı. Cammatı qul psixologiyasından azad etmék üçün maarifçilik işi aparmağı téklif edén Abbas béy imkanlı hémyerlilérini dé insafa gélméyé çağırdı.
AXCP Sédr Aparatının réhbéri Zélimxan Mémmédli problemi qaldırmağın düşménçilik olmadığını qeyd etdi. Borçalıda ciddi téşkilatlanma olmadığını söyléyén Zélimxan béy oradakı kéndlérdé ciddi narazılıq vé sabaha ümidsizliyin olmasından söz açdı. Borçalının 35 min éhalisi olan 16 kéndindé téhsilin gürcü dilindé olduğunu deyén Z.Mémmédli bézi kéndlérdé dé şagirdlérin gürcü bölmésindé oxumağa téhrik edildiyini qeyd etdi. Bir sıra digér problemléri dé sadalayan Zélimxan béy qarşılıqlı dialoqların vacibliyini vurğuladı.
Müsavat
Partiyasının Méclis üzvü, hüquqşünas İsaxan Aşurov Borçalı türklérinin yaşayış térziné
toxundu. Gürcüstanda hakimiyyétdé kimin olmasından asılı
olmayaraq, türkléré qarşı qırmızı xétt keçdiyini
deyén İsaxan béy bunun ték Borçalılara deyil, bütün türkléré
münasibétdé özünü göstérdiyini vurğuladı. Borçalıların
hakimiyyétin ésas qollarından olan méhkémé hakimiyyétindé témsil
olunmadığını bildirén İ.Aşurov bu véziyyétin
yaranmasında Azérbaycanın
da günahı olduğunu dedi. hüquqşünas etnik svanların Borçalıda
yaşaması üçün istehkamı xatırladan binaların tikilmésindén
tutmuş xristian xaçlarının vurulmasına qédér olan hadisélérin
hamısının problem yaratdığını söylédi. O,
bu problemlérin müzakirési üçün ictimai qurumun yaradılmasını
téklif etdi. Yer adlarının déyişilmésinin haaqa vé Tokio
tribunallarının qérarına ésasén médéni genosid hesab olunduğunu
deyén İsaxan béy eyni zamanda Azérbaycanla Gürcüstanın sérhéddindéki
postumuzda baş verén qanunsuzluqlardan da danışdı. O, Gürcüstan
hökuméti Zaqatala, Balakén vé Qax rayonlarından gélén maşınlar
üçün heç bir vergi tétbiq etmédiyi halda Azérbaycanın Borçalılar
üçün ağır qaydalar tétbiq etmésinin heç dé qazanc sayılmadığını
vurğuladı. İ.Aşurov sözünün sonunda Borçalının
problemlérinin héll edilmési üçün Azérbaycanda milli hökumétin qurulmasının
lazım géldiyini qeyd etdi.
"Borçalı" cémiyyétinin sédri Eyvaz Borçalı da mélum problemléré diqqét çékdi. Vé çıxış yolunu camaatın mararifléndirilmésindé gördü.
Qonaqlardan son olaraq polkovnik İsa Sadıqov qısa çıxış edérék téşkilatlanmanın vacibliyindén danışdı.
Görüşün
sonunda Müsavat başqanı İsa Qémbér söhbét boyu Gürcüstanda
yaşayan soydaşlarımızın problemléri ilé bağlı
yeni mélumatlarla tanış olduğunu söylédi: "Bütün bunlar
ték Borçalı türklérinin deyil, hamımızın, bütün türklérin
problemléridir. 89-cu ilin iyununda Gürcüstanlılarla azérbaycanlılar
arasında problem yaranarkén biz ora séfér etmişdik. Onda hikmét
hacızadé Qamsaxurdiyaya dedi ki, siz né ağılla hém müstéqillik
uğrunda mübarizé aparırsınız, hém dé milli azlıqlara
qarşı sért mövqe tutursunuz? Sizin bu iki mübarizéni aparmağa
gücünüz çatmayacaq vé Gürcüstanı da pis véziyyété salacaqsınız.
Bu sözé ciddi bir cavab veré bilmédilér. Méné elé gélir ki, o sualdan
da olmasa, Gürcüstan siyasétçiléri o vaxt müéyyén néticé çıxardılar.
Tédricén Azérbaycan vé Türkiyé ilé münasibétlérin zéruri olduğunu
başa düşdülér. Bunlar çox yaxşı. Amma tééssüf ki
onlar bir méséléyé dair lazımi néticéni çıxarmayıblar. Gürcüstanda
yaşayan minlérlé türkün problemlériné diqqétlé yanaşılmır".
Bütün problemlér bélli olduqdan sonra onun hélli üçün né etmék lazım géldiyinin aydın olduğunu deyén Müsavat başqanı bir çox méséléléri Gürcüstan hökumétinin qarşısına qoymaqla, bir hissésinin isé Azérbaycan hökumétinin öz téşébbüsü ilé héll etméyin mümkünlüyünü dedi. Qeyrétli iş adamlarının hérékété gélmésiné ehtiyac duyulduğunu qeyd edén İsa béy onlara da müraciét etméyin vacibliyni bildirdi. "Borçalı" cémiyyétinin güclénmési üçün kömék göstérilmésini dé zéruri sayan İ.Qémbér özünü dé bu mésélédé Borçalılı saydığını bildirdi: "Biz bütün tarixi érazilérimizé eyni gözlé baxmağı bacarmalıyıq. Biz bunu etmişik vé edécéyik. Amma görünür bir az da diqqéti artırmağa ehtiyac var. Mén burada séslénén téklifléri dinlédim vé yéqin ki hansının reallaşması mümkün olsa, çalışacağıq ki, héll edék. Burada düzgün qeyd edildi ki, bu problemlér Azérbaycanda millétin problemléri ilé maraqlanan hakimiyyét olanda héll edilécék. Bizim dé hédéflérimiz budur. Biz hesab edirik ki, artıq Azérbaycana heydér Éliyev peyvéndi kifayét qédér vurulub. Millét artıq bilir ki, kim-kimdir. Bu mérhélé bitmék üzrédir. Milli demokratik qüvvélér hakimiyyété gélécéklér vé bu problemléri dé böyük éksériyyétini sizinlé bir yerdé héll edécéyik".
Könül
ŞAMİLQIZI hazırladı