İsa
Qémbér Bakıdakı slavyan-rus icmasının nümayéndéléri ilé
görüş keçirib
Slavyan-rus
éhali "Müsavat"a üzv olmaq istéyir
Oktyabrın
3-dé Müsavat Partiyasının qérargahında partiyanın başqanı
İsa Qémbérin Bakıdakı slavyan-rus icmasının nümayéndéléri
ilé görüşü keçirilib. Tédbiri giriş sözü ilé açan Müsavat
Partiyasının üzvü Şémsiyyé Hamazova partiyanın ésas méqséd
vé méramı, tarixén keçdiyi yol vé bu günkü féaliyyéti haqqında
qonaqlara mélumat verib. Müsavat Partiyasının ésrin évvéllérindéki
féaliyyétindén danışan Şémsiyyé xanım partiyanın o
dövrdé dé slavyan-rus éhaliyé qarşı xüsusi diqqétlé yanaşdığını
bildirib, hémin dövrdé Azérbaycanda téhsil vé séhiyyé sahésindé, elécé
dé, digér sahélérdé bir çox rus dilli ziyalının çalışdığını
misal gétirib. O, bu gün dé Müsavat Partiyasının hémin énénéléri
davam etdirdiyini bildirib. Görüş zamanı Azérbaycanda yaşayan
etnik azlıqlar, slavyan-rus éhalinin véziyyéti, elécé dé mövcud
ictimai - siyasi proseslér, ölkédéki iqtisadi vé sosial problemlér barédé
söhbét aparılıb. Azérbaycanda olan problemlérin ümumi olduğunu
qeyd edén qonaqlar azérbaycanlılar téréfindén heç bir haqsızlığa,
ayrı-seçkiliyé méruz qalmadıqlarını bildiriblér.
Qonaqlar Müsavat Partiyasının üzvü olmağı arzu edén,
lakin dil problemi olan rus dilli éhali üçün partiyanın nézdindé Azérbaycan
dili kurslarının téşkil edilmésini téklif ediblér. Müsavat
başqanı slavyan - rus icmasının ölkédéki siyasi
partiyaların féaliyyétindé aktiv iştirak etmédiklérini tééssüflé
vurğulayıb. İ. Qémbér ümid etdiyini bildirib ki, slavyan-rus
icması bundan sonra ölkénin ictimai-siyasi héyatında yaxından
iştirak edécék, Azérbaycan dövlétçiliyinin möhkémlénmési, Azérbaycanın
problemlérinin hélli istiqamétindé öz bacarıqlarını ésirgéméyécéklér.
Bütün müsbét déyişikliklérin cémiyyétin aktivléşmésindén başlandığını
etiraf edén görüş iştirakçıları slavyan - rus icmasının
qarşıdan gélén seçkiléré hazırlaşdığını
bildirib, Müsavat Partiyasının qélébésiné vé néticédé bütün
problemlérin aradan qaldırılacağına inamlarını
ifadé ediblér.
![]() |
![]() |