Susan Rose-Ackerman
Hakimiyyət və korrupsiya:
Səbəblər, nəticələr və islahatlar
Əsər korrupsiyanın tərifini verən, onun mahiyyətini açan bir dərslikdir. Onun
müəllifi professor Rose-Ackerman uzun illər TI və Dünya Bankı kimi təşkilatlarda
işləyərək korrupsiyaya dair müxtəlif mövzuda materiallar toplayaraq onları
təhlil edib. Kitabı oxuyarkən müxtəlif ölkələrin rüşvət qalmaqallarından,
antikorrupsiya qanunlarından, mütəşəkkil cinayətkarlıqdan, özəlləşdirmə,
kommunal xidmət rüşvətxorluğundan, patronajlıq, hədiyyəbazlıq, qohumbazlıq,
havadarlıq və favoritizm kimi "korrupsiya xəstəlikləri"ndən xəbər tutacaqsınız.
Kitab ACİ YF-nin maliyyə dəstəyi ilə nəşr olunub.
Redaktor və naşir Rafiq Məmmədli
Kitabı "Kitab Klubu"ndan əldə edə bilərsiniz (Mustafa Sübhi, 13 (Axundov bağından yuxarı, 150 №-li məktəbin yanı), tel.: 4-92-12-38).
